Astarada məktəb tikintisinə ayrılan 1 milyon hara xərclənib?

 


Astara rayonun Seləkəran kənd sakini Ağahüseyn Yaqubov həbs olunub. O, bir neçə gün əvvəl Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədovanı məhkəməyə vermişdi. Məsələ ilə bağlı "Yeni Müsavat”ın redaksiyasına gələn A.Yaqubov demişdi ki, Astara Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova təhsil nazirinin verdiyi sərəncamları icra etmədən, müəllimlərin vakant yerlərinə işə götürülməsi üçün məktəb direktorları və müəllimləri işə götürmək  üçün 5-6 min manat təyin edir. İldə də məktəb direktorları vəzifələrində dəyişdirilir, 6-7 min manat rüşvət alır. 

"Belə ki, mən 2009-cu ildə Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmməd qızı Məmmədovanın qəbulunda olmuşam. Ona görə ki, orta ixtisaslı müəllimə olan qızım Samirə Yaqubova və qardaşımın gəlini ali təhsilli müəllim olan Yaqubova Şəfa Adil qızının Astara rayon məktəblərində müəllim işləməsi ilə bağlı ona müraciət etmişəm. Mən də ona bildirmişdim ki, əgər rayon məktəblərində vakant yerlər varsa, qızımı və qardaşım gəlinini işlə təmin etsin. Sonda Qızbəs Məmmədova qızımın və qardaşım gəlinin işlə təmin olunması üçün məndən külli miqdarda rüşvət istədi. Mənim ona rüşvət verməyə pulum yox idi. Çünki rüşvət vermək və rüşvət almaq Azərbaycan qanunlarına ziddir”deyə, A.Yaqubov  bildirmişdi. 
Onun sözlərindən bəlli olmuşdu ki, 2009-cu ildə Q.Məmmədovanın qanunsuz əməllərindən müxtəlif dövlət orqanlarına şikayət etdikdən sonra şərlənərək  4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, yenidən şərlənə biləcəyi ehtimalını da bildirmişdi.

Redaksiyamıza təqdim etdiyi ərizələrin surətində isə A.Yaqubov prezident İlham Əliyevə, təhsil naziri Mikayıl Cabbarova müraciətlə Astara Təhsil Şöbəsində baş verən qanunsuzluqlar haqda məlumat verirdi.

Sitat: "Cənab Prezident! Sizin tapşırığınıza əsasən məktəblərdə istilik sistemləri bərpa olunmalıdır. Məktəblərdə isə istilik sistemləri yoxdur. Dövlətdən ayrılmış vəsaitləri saxta sənədlərlə mənimsəyirlər. Onu da nəzərinizə çatdırıram ki, nazirlik tərəfindən rayona mədaxil olunmuş tikiş maşınları məktəblərə verilməlidir. Əks halda, məktəblərdə tikiş maşınları yoxdur, həmin verilən tikiş maşınları saxta sənədlərlə satılıb. Astara rayonunda SSRİ dövründən qalmış rus dilli məktəb təmirdədir. Məktəbin təmirinə dövlət tərəfindən 2 milyon manat vəsait ayrılıb. 1 milyon pulu rayon icra başçısı ilə əlbir olaraq mənimsəmişlər. Məktəbin təmirinə ayrılmış tikinti materialları, qapı-pəncərələr ucuz qiymətə satılır. Qızbəs Məmmədovanın oğlu Ceyhun Məmmədov Beynəlxalq Universitetin hüquqşünaslıq fakültəsini bitirib. Hazırda Astara Rayon Polis Şöbəsində təhqiqatçı işləyir. Özü də Ceyhun Məmmədov Bakı şəhərində Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır. Mən Qızbəs Məmmədova barəsində yerli dövlət təşkilatlarına şikayət ərizəmlə müraciət etdim. Mənim şikayət və xahişimə rayonda heç kim əhəmiyyət vermirdi. Ona görə ki, təhsil şöbəsinin müdiri Qızbəs Məmmədovanı müdafiə edən vəzifəli şəxslər var idi. Məcbur qalıb yuxarı dövlət təşkilatlarına şikayət ərizəmlə müraciət etdim”. 

Şikayətçi demişdi ki, Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova Təhsil Nazirliyi tərəfindən xəstə uşaqlara ayrılan vəsaiti mənimsəyib.

A.Yaqubovun təhsil şöbəsinin müdirindən şikayət etdiyi bir vaxtda həbs olunması müəyyən suallar doğurur. Onun yaxınları bildirirlər ki, A.Yaqubov növbəti dəfə şərlənərək həbs olunub. Onlar ölkə başçısından Astarada baş verən qanunsuzluqlarla bağlı müvafiq araşdırmaların aparılmasını da xahiş edirlər. 

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq. 
 
E.Məmmədəliyev
Musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300