Şuşanın işğal günündə Azərbaycan Ordusunun hücuma keçəcəyi barədə Ermənistanda olan mövcud panikaya erməni diplomat da qoşulub.

 

Uluyol.info musavat.com-a istinadla xəbər verir ki, diplomat Armen Navasardyan Dağlıq Qarabağdakı qondarma rejimin tanınmasının birmənalı olmayan nəticələrini xatırladıb, bununla bərabər, əlavə edib ki, hərbi əməliyyatların bərpası mümkünlüyü tanınma ilə əlaqələli deyi:

 

"Beynəlxalq güclərin reaksiyasını nəzərə alsaq, bu qənaətə gəlmək olar ki, Moskva tanınma prosesinə dəstək vermir, ABŞ susur, Türkiyə isə məsafə saxlayır. Azərbaycan hərbi əməliyyatlara başlaya bilər – o cümlədən də 8-9 mayda. Ancaq bu, Qarabağın tanınması ilə əlaqədar deyil” – erməni diplomat vurğulayıb.

 

Xatırladaq ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayondan erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə BMT-nin 4 qətnaməsi, o cümlədən AŞPA-nın işğalla bağlı mövqeyi var. Beynəlxalq qanunvericiliyə görə, Azərbaycanın işğal olunmuş ərazisindəki erməni ordusu qanunsuz silahlı birləşmələr sayılır və Azərbaycan bu qanunsuz silahlı birləşmələrə qarşı istənilən vaxt anti-terror əməliyyatı keçirmək hüququnu özündə saxlayır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300