İcra başçısının qəbulunda dəhşətli hadisə: Əlil gənc ölümdən döndü, qalmaqal yaşandı - VİDEO, FOTOLAR
Ötən gün Sabunçu rayon icra başçısı Adil Vəliyevin qəbul günündə dəhşətli
hadisə yaşanıb. Qəbulda musavat.com-un müxbiri də iştirak edib və baş
verənlərin şahidi olub. 

İcra başçısı ilə görüşməyə gələn  onlarla vətəndaş  səhər saatlarından icra
hakimiyyətinin binası qarşısında gözləsələr də, onlar siyahıya alınmayıb və
günün sonuna qədər icra başçısı tərəfindən qəbul edilməyiblər. Bundan
qəzəblənən vətəndaşlarla icra nümayəndələri arasında mübahisə yaşanıb.
Vətəndaşlar  icra başçısından  onları qəbul etməsini tələb ediblər. 

Qeyd edək ki, mətbuat nümayəndəsi olaraq, bizi də icra başçısı Adil Vəliyev
şəxsən özü müsahibə üçün dəvət etsə də, saatlarla gözləməyimizə rəğmən
qəbul etməyib. Lakin orada yaşananlar icra başçısının fəaliyyətini o qədər
aşkar göstərib ki, müsahibəyə ehtiyac belə qalmayıb. 

Əksəriyyəti yaşlı və əlil olan şikayətçilər isə artıq neçənci dəfədir ki, səhər
saat 7-dən axşam saatlarına kimi burada gözlədiklərini, lakin qəbul
edilmədiklərini deyiblər. 
İcra başçısının qəbuluna gələn II qrup əlil Tağı Ağayev musavat.com-un
kamerası önündə huşunu itirərək yerə yıxılıb. Vətəndaşların ilkin yardım
göstərməsi nəticəsində gənc həyatda qalıb. Daha sonra hadisə yerində
təcili tibbi yardım çağırılıb və Tağı Ağayevə yardım  göstərilib. Gəncin
anası Mətanət Ağayeva  deyib ki, oğlu bu xəstəliyi 2003-cü ildə əsgərlikdə
qazanıb və hərbi xidmətini yerinə yetirərkən, mina partlaması  nəticəsində
"kantuziya” alıb, başında  şiş yaranıb. Əsəb və  narahatlıq  keçirdikdə isə,
gəncdə ürəkgetmə halları baş verir”.

31 yaşlı Tağı Ağayev əlilliyinə görə, 130 manat pensiya alır. Onu isə kirayə
qaldıqları evə vermək məcburiyyətində qalırlar. Ailəli və bir övlad sahibi
olan gənc, vətən uğrunda itirdiyi sağlamlığının müqabilində dövlətdən bir otağı ,
bir mətbəxi olan kiçik bir ev istəyir. Lakin hər dəfə qəbula gələndə başlarına buna
bənzər hadisələr gəlir. 

Sizə çatdırdığımız, bu şikayətçilərdən yalnız birinin problemidir. Digərləri də
buna bənzər problemlərdən əziyyət çəkən şəxslərdir ki, ümid yeri kimi
icra başçısının qəbuluna düşməyə çalışırlar. 

Lakin icra nümayəndələri vətəndaşları "10 dəqiqə sonra qəbul edəcək” ,
"15 dəqiqə sonra qəbul edəcək” deyib günlərlə aldadırlar. Biz qəbulda
olarkən də vətəndaşların gözlədiyi halda, icra başçısının arxa qapıdan çıxıb
getdiyinin şahidi olduq. Vətəndaşlar isə icra başçısı əvəzinə, problemlərini
musavat.com-un kamerasına danışıblar.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.


Məğrur Mərd, Musavat.com

Fotolar və video müəllifindir

 
 








Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300