Neftçinin baş məşqçisi istefa verdi (FOTO) <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir418/img1939263.jpg' target='_blank'>Yüklə
 
"Neftçi” PFK-nın inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. Musavat.com klubun saytına istinadən xəbər verir ki, iclasda komandanın son oyunları əsas müzakirə mövzusu olub.

Bununla yanaşı iclasda baş məqşçi Samir Əliyevin Müşahidə Şurasına müraciətinə baxılıb. Samir Əliyev müraciətində diqqətini daha çox "Pro" kateqoriyalı məşqçilik kurslarına yönəltmək və bununla əlaqədar hazırki vəzifəsindən uzaqlaşmaq istədiyini bildirib. Müşahidə Şurasının iclasında Samir Əliyevin müraciəti qəbul edilib və komandanın baş məşqçi vəzifəsi müvəqqəti olaraq Müşahidə Şurasının üzvü Əsgər Abdullayevə həvalə olunub. Komandaya yeni baş məşqçi axtarışı klubun İcraçı direktoru Elnur Məmmədova və idman direktoru Vəli Qasımova tapşırılıb.
Qeyd edək ki, Samir Əliyev 04.11. 2015-ci il tarixdə Ukrayna Futbol Federasiyasında dinləmələrdən uğurla keçərək "Pro" kateqoriyalı məşqçilik kurslarına qəbul edilib. "Pro" kursları ilə əlaqədar Samir Əlievin Ukraynaya ilk səfəri 16 noyabr tarixində baş tutacaq. Məlumat üçün bildiririk ki, UEFA-nın lisenziyalaşdırma qaydalarına əsasən klublarda əsas komandanın baş məşqçisinin "Pro” kateqoriyasına malik olması mütləqdir. 

 
  • Neftçinin baş məşqçisi istefa verdi (FOTO) <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir418/img1939262.jpg' target='_blank'>Yüklə
  • Neftçinin baş məşqçisi istefa verdi (FOTO) <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir418/img1939263.jpg' target='_blank'>Yüklə
musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300