Şifrələrinizi dərhal dəyişin! — Xəbərdarlıq
Gmail, Yahoo Mail, Hotmail  və digər elektron poçt xidmətlərinin istifadəçilərinin şifrələri oğurlanıb.

Uluyol.info "axsam.az"- a istinadən məlumatına görə, internetdə milyonlarla istifadəçinin məlumatları yayılıb. Oğurluğun olduğunu ortaya çıxaran isə "Hold Security" firmasıdır. Firmanın etdiyi analizlərə görə, yayılan məlumatlarda 272 milyon fərqli istifadəçinin ad və şifrələri var. Bunların 42 milyon yarımı daha öncə etibarlılığı yüksək olan hesablardır.

"Hold Security" hakerlərin həmin məlumatları bir dollara satdığını və ya pulsuz verdiyini öyrənib. Hakerin qarşılıqsız olaraq həmin hesabları yayması isə hadisəni daha da qəlizləşdirib.

Oğurlanan hesablar arasında 57 milyon Mail.ru, 40 milyon Yahoo Mail, 33 milyon Hotmail, 24 milyon Gmail hesabı var. Mail.ru açıqlamasında qeyd edib ki, hesabları nəzarətə götürdüyünü və sahiblərinə xəbərdarlıq etdiyini deyib. Microsoft, Google və Yahoo isə hələ də vəziyyəti araşdırır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300