Rusiyanın "Natsionalnaya slujba novostey” ("Milli İnformasiya Xidməti”)  informasiya agentliyinin redaktoru Aleksandr Rubtsovun meyiti onun Moskvadakı mənzilində tapılıb. APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə agentliyin saytında bildirilir.

 

Məlumata görə, 35 yaşlı Aleksandr Rubtsov mayın 3-də amansızcasına qətlə yetirilib. Meyitin ilkin ekspertizası zamanı məlum olub ki, mərhum döyüldükdən sonra ona çoxsaylı bıçaq xəsarətləri yetirilib.

 

 Aleksandr Rubtsov  son iki ildə "Naşe radio”, "Rock FM”, "Best FM” və  "Radio JAZZ”  radiostansiyaların efirində aparıcı kimi də çalışıb.  O, sonuncu dəfə aprelin 29-da efirdə olub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300