Fövqəladə hallar naziri Kəmaləddin Heydərov AzToday.az saytının baş redaktoru Elmidar Əliyevi məhkəməyə verdirib.

Kəmaləddin Heydərovun Gömrük Komitəsində əsas adamı, yaxın qohumu, Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzov Aztoday.az saytında barəsində dərc olunan yazılarda şərəf və ləyaqətini ləkələyən məlumatların yer aldığını iddia edərək Elmidar Əliyevdən Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib. Yasamal rayon Məhkəməsindən baş redaktora göndərilən bildirişdə məhkəmə baxışının mayın 6-na təyin olunduğu bildirilib.

AzToday.az saytının baş redaktoru Elmidar Əliyev açıqlamasında barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətin şifarişçisinin fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğunun şübhə doğurmadığını deyib:

"AzToday.az saytında Kəmaləddin Heydərov barəsində yazdığımız yazılar, xüsusi ilə onun Rusiyanın müdafiə naziri Serqey Şoyqu arasındakı "işguzar” münasibətlərin pərdəarxası məqamları ilə bağlı hazırladığımız məqalə məhkəməyə verilməyimizə səbəb olub. Kəmaləddin Heydərovun Gömrük Komitəsindəki əsas adamı Vüsal Novruzov barəsində indiyədək mediada çoxsaylı məlumatlar dərc olunub. Həmin məlumatlarda gömrük generalının ünvanına açıq-aşkar təhqirlər belə səsləndirilib. Buna baxmayaraq Vüsal Novruzov həmin media qurumlarını məhkəməyə vermək hüququndan istifadə etməyib. Mətbuatda gedən məlumatlar əsasında yazılar hazırlayan AzToday.az portalı ilə bağlı xüsusi ittiham qaydasında verilən şikayət onu düşünməyə əsas verir ki, Kəmaləddin Heydərov qohumunun adının altında bizi "susdurmaq” qərarına gəlib. Əgər Azərbaycan hakimiyyətində əsas söz sahiblərindən biri olan Kəmaləddin Heydərov bu yolla Rusiya hakimiyyəti ilə münasibətlərinin ifşa olunduğu yazıların dayanmasına nail olacağını düşünürsə, yanılır. Görünür "fövqəlnazir” hesab edir ki, bu yolla KİV-ə qarşı birbaşa təzyiq göstərilməsində adının hallanmamasına nail olacaq və eyni zamanda onun barəsində həqiqətləri söylənilməsinin qarşısını alacaq. Gömrük generalını önə verməklə reputasiya riskinə getmək istəmir və Aztoday.az –ı susduracağını düşünür. Çünki Kəmaləddin Heydərov indiyə qədər özü KİV-i məhkəməyə verməkdən çəkinib və adının Aztoday.az saytının məhkəməyə çəkilməsində hallandırılmasını istəmir. Amma sirr deyil ki, Vüsal Novruzov onun iradəsindən kənar bu addımı ata bilməz. Əksinə, hesab edirik ki, bu birbaşa onun əmri ilə həyata keçirilir. Amma "fövqəlnazirin” kölgədə qalmaq və eyni zamanda Aztoday.az saytını susdurmaq səyləri nəticəsiz qalacaq. Aztoday.az saytı Kəmaləddin Heydərovun fəaliyyəti, onun Rusiya ilə əlaqələri barədə həqiqətlərin ictimailəşməsi istiqamətində çalışmalarını davam etdirəcək”.

Baş redaktor Kəmaləddin Heydərovun adamının bu addımla Azərbaycan üçün hazırda çox həssas məqamda, prezident İlham Əliyevin iradəsinə qarşı getdiyini, beynəlxalq arenada ölkəmiz qarşı təzyiqlərə yol aça biləcək səhvə yol verdiyini düşünür: "Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində Qarabağ cəbhəsində hərbi əməliyyatların başlaması "dörd günlük” müharibədən sonra Azərbaycan beynəlxalq mövqelərini möhkəmləndirməyə, daha çox dəstək almağa çalışır. Azərbaycan eyni zamanda Rusiyanın vasitəçilik səylərinin məhz münaqişənin ədalətli həllinə istiqamətlənməsi üçün səy göstərir. Eyni zamanda hazırkı məqamda Azərbaycan üçün Qərb ölkələri ilə əlaqələrin gücləndirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın bu cür praqmatik xarici siyasəti, həm Moskvada, həm də Bakıda bir sıra dairələr tərəfindən sabotaj edilməyə çalışılır.

Vüsal Novruzovun barəmdə verdiyi xüsusi ittiham qaydasında şikayəti də, bu cür siyasətə qarşı çıxış edən yüksək çinli məmurların, konkret Kəmaləddin Heydərovun atdığı addımlardan biridir. Bu açıq-aşkar prezident İlham Əliyevin iradəsinə qarşı getməkdir”.



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300