Son vaxtlar cəmiyyətimizdə zorlama hallarının həddən artıq çoxalması müşahidə olunmaqdadır.  KİV-də yayılan xəbərlərin əksəriyyətinin bu mövzuda olduğunu görmək olur. Belə neqativ halın nədən belə kütləviləşməsi cəmiyyətin bütün təbəqələrini narahat edən suallardandır. Bunu nəzərə alıb, mövzu barədə mütəxxəssisin fikrini öyrənmək qərarına gəldik. 

Müsahibimiz tədqiqatçı-yazıçı, otuzdan çox kitabın müəllifi Paşa Yaqubdur:

- Əvvəlcə ondan başlayaq ki, mətbuatın zorlama kimi təqdim etdiyi faktların çoxu nə dünyəvi, nə də şəriət qanunlarında əslində zorlama sayılmır. Çünki, zorlama halında ya bir neçə nəfər iştirak etməllidir, ya da silah işlənməlidir, qadının üzərində  döyülmə, zorakılıq izləri qalmalıdır. Son dövrlər baş verən halların demək olar ki, heç birində bunlara rast gəlinmir. Ona görə də bu faktları zorlama kimi yox, iki nəfərin arasında olan zina halı kimi qəbul etməliyik. Belə hallarda ancaq kişini günahkar bilmək düzgün deyildir; bilmək olmaz günahın çoxu hansı tərəfdə olub. 
Ancaq bütün bunlara baxmayaraq, cəmiyyətimizdə zinakarlıq hallarının çoxalması çox mənfi haldır və bu, mənəviyyatın aşınmasına, xyir-bərəkətin çəkilməsinə, cəmiyyətin çökməsinə səbəb olur ki, bu gün biz bunun acı nəticələrini yaşamaqdayıq. Odur ki, belə halların aradan qaldırılması dövlətin və millətin bir nömrəli vəzifəsi olmalıdır. Zinakarlığın (sizin dediyiniz kimi zorlamanın) hədsiz çoxalması nəticədir. Nəticəyə qarşı aparılan mübarizə (qanunları, cəzaları sərtləşdirmək və s.) isə, heç vaxt effekt vermir. Məsələn, İranda qanunlar nə qədər sərt olsa da, belə hallar heç də bizdəkindən az deyildir. Səbəbi tapıb, onu aradan qaldırmaq daha ağıllı iş olardı...

-Bəs səbəb nədir?

-"Quran”da belə bir ayə var: «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!»  "Quran”, 30:21

Ayədən də göründüyü kimi Allah qadını və kişini yaradıb ki, bir-birlərinin maddi, mənəvi, bioloji və s. ehtiyaclarını ödəsinlər. Bu yaradılış qanunudur; buna qarşı çıxmaq, qadağan etmək mümkünsüzdür. Sadəcə bunu nizama salmaq mümkündür ki, bunun yollarını Yaradan bizə Öz kitabında göstərmişdir.

-Necə nizamlamaq olar?

-Fikir verirsinizmi, kişi cinsindən olanlar fərqliliyə meyillidirlər. Yəni, onların bioloji təlabatları nə qədər ödənsə də, yenə də başqa qadınlara meyil edirlər. Qadınlarda isə, bunun tam əksinədir; onlar həyatlarında birdən artıq kişinin olmasını arzulamırlar (ancaq təlabatları ödənməyəndə bunu etməyə məcbur olurlar). Burada kişidə günah axtarılması düzgün deyildir. Bu yaradılış qanunudur. Yəni, kişi ruhu təbiət etibarı ilə bu cür yaradılmışdır. Yaradan hər kişiyə dördə qədər qadınla evlənməsinə icazə vermişdir.  Bu səbəbdən də kişi  ruhunun təbiətini müxtəlif qadınlara meyilli yaratmışdır. Buna görə də dünyəvi qanunlar yaradılış qanunlarına uyğunlaşdırılmalıdır. Allah "Quran”da kişilərə buyurur:

"... sizə halal olan (bəyəndiyiniz)  qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər onlarla  ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər azad qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa daha yaxındır.”    "Qadınlar” surəsi, 3-cü ayə.

Araşdırmalarımız göstərir ki, bütün bu anormallıqların (zorlamaların, zinakarlığın və s.) kökündə qanunların düzgün tərtib olunmaması, yaradılış qanunlarının nəzərə alınmaması dayanır. Belə ki, qanunverici orqanlarımız  heyvanlar haqqında qanun qəbul edərkən, onların bütün bioloji və s. xüsusiyyətlərini nəzərə aldıqları halda, insanlar üçün qəbul etdikləri qanunda bu xüsusiyyətlər nəzərə alınmır.
Bildiyimiz kimi, bütün cəmiyyətlərdə ailə qurmaq istəyən qadınlarla kişilər (tələblə təklif) arasında ən azı üç-dörd dəfə fərq olur. Yəni, hər kişiyə azı 3-4 qadın düşür. Məhz buna görə də hər şeyi qabaqcadan görən və problemləri nəzərə alan Rəbbim bir kişiyə zərurət yaranarsa, dördə qədər qadınla evlənməyə icazə verir.
Qanunverici orqanların bunu nəzərə almamalarının nəticəsidir ki, cəiyyətimizdə bugünkü anormallıqlar (fahişəlik, zinakarlıq, qadın ticarəti və s.) tüğyan etməkdədir. Görün cəmiyyətdəki əxlaqsızlıq, pozğun həyat tərzi  necə acınacaqlı vəziyyətə çatıb ki, hətta dövlət yetkilisi Ombudsman Elmira Süleymanova da SOS siqnalı çalmaq məcburiyyətində qaldı! 

-Bayaq qeyd etdiniz ki, səbəblər arasında maddi çətinlik də vardır?

-Bəli, səbəblər çoxdur, tək qanunvericiliklə bağlı deyildir. Maddi səbələr də vardır. İqtisadi böhran cəmiyyəti sıxdıqca bir tərəfdən qadınlar maddi təlabatlarını ödəmək üçün pis yola düşmək məcburiyyətində qalırlar, digər tərəfdən də oğlanlar yaşları keçsə də evlənə bilmirlər. Bu səbəbdən də öz bioloji təlabatlarını zinakarlıqla yerinə yetirmək məcburiyyətində qalırlar. Son nəticədə də bunu zorlama kimi qələmə verib, kişiləri ittiham edirlər. 

-Belə neqativ halların qarşısını almaq üçün nə etmək lazımdır? Qanunları sərtləşdirməklə buna nail olmaq mümkündürmü?

-Təcrübə gösttərir ki, qanunları sərtləşdirməklə heç vaxt, heç bir ölkədə bunun qarşısını almaq mümkün olmamışdır. Milli-mənəvi dəyərlərimizə zidd olan belə neqativ halların qarşısın almaq üçün həm dövlətin, həm də cəmiyyətin üzərinə müəyyən vəzifələr düşür. 
Dövlət ilk növbədə qanunları yaradılış qanunları ilə uzlaşdırmalıdır: insanlara "vətəndaş nigahı” adıyla tanıdığı qeyri-rəsmi hüququ rəsmən tanımalıdır. İkincisi, bir çox ölkələrdə olduğu kimi, yeni ailə quran insanlara maddi dəstək verməlidir. Uşaqlara aylıq müavinət, çoxuşaqlı ailələrə ev verilməlidir ki, kişilər maddi qayğılara görə evlənməkdən çəkinməsinlər. 
Cəmiyyətin üzərinə düşən vəzifə isə, ondan ibarətdir ki, subay insanların (övladlarının, qohum əqrabalarının) tezliklə  ailə qurmalarına dəstək olsunlar. Bunu bizə həm Allah, həm də Peyğəmbərimiz tövsiyyə etmişdir ki, övladlarınızı tez evləndirin. Bu tövsiyyə onunla əlaqədardır ki, övladlar yetkinlik yaşına çatan kimi, öz bioloji təlabatlarını ödəməyə çalışacaqlar. Bunun qarşısın heç bir yolla (qadağayla, qanunla) almaq mümkün deyildir. Bunun qarşısını nəyləsə almağa çalışmaq təsəvvür edin ki, Kür çayı kimi bir dəryanın qarşısını kəsməyə çalışmaq kimi gülünc bir şeydir. Nəzərə alınmalıdır ki, hər bir insanın havaya, suya ehtiyacı olduğu kimi, bioloji təlabatını da ödəməyə ehtiyacı vardır. Bu səbəbdən də dinimiz subay insanların evlənməsinə yardım etməyi ən böyük savablardan qəbul edir.(moderator)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300