Azərbaycanda kriminal avtoritet

Salyanda "Tağı Salyanski” ləqəbli avtoritet saxlanılıb.

Uluyol.info report-a istinadən xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Salyanın Arbatan kəndində doğulan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində qeydiyyatda olan, 47 yaşlı Tağı Əli oğlu Qasımov şübhəli şəxs qismində saxlanıb.

Axtarış zamanı onun üzərindən qanunsuz olaraq naməlum mənbədən əldə edib, üstündə gəzdirdiyi 1 ədəd KB-2338P nömrəli, 9 mm kalibirli, Rusiya Federasiyasının İjevsk silah zavodunda istehsal olunan "Makarov” konstruksiyalı tapança və onun 4 ədəd döyüş sursatı hesab edilən patron aşkar olunaraq götürülüb.

Qeyd edək ki, əvvəllər də məhkum olunmuş Tağı Qasımov cinayətkar aləmdə "Tağı Salyanski” ləqəbi ilə tanınır.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə cinayət işi açılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırma aparılır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300