Hər səhər ANS-in efirində canlı yayımlanan "Salam, Azərbaycan!” verilişi dayandırılıb.

 

Uluyol.info "Publika.az"a istinadən  xəbər verir ki, artıq bir neçə gündür ki, həmin proqramın yerinə, tam yeni formatda "Səhər xəbər kanalı” efirə çıxır. Başqa sözlə, 3 saat boyunca ANS-in efirində xəbərlər yayımlanır.

 

Xatırladaq ki, ötən mövsüm "Salam, Azərbaycan” verilişini Aytən Səfərova aparıb. O, ANS-dən qalmaqallı şəkildə ayrılaraq ATV telekanalına keçib. Sonradan "Salam, Azərbaycan!” verilişini Cəlalə Nəzəroğlu aparsa da, o da efirdə yol verdiyi qüsurlara görə Milli Teleradio Şurası (MTRŞ) tərəfindən tənqid olunub. 10 gün müddətinə efirdən yığışdırılan verilişə görə  ANS-ə 24 min manat cərimə də kəsilib.

 

Ehtimal olunur ki, "Salam, Azərbaycan!” verilişinin dayandırılmasının səbəbi də məhz budur.

 

uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300