Gürcü rejissor:
"Dağlıq Qarabağ müharibəsi  30 ilə yaxındır davam edir. Tərəflərdən biri sülh istəyir, digəri isə bunu, hətta danışıqları qəbul etmir”.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanda fəaliyyət göstərən ART TV-nin direktoru, ssenarist-rejissor, professor Tengiz Txilava bildirib.
 
Gürcü rejissor ermənilərin hər sahədə uduzduğunu bildirib: "Şübhəm yoxdur ki, sadə ermənilər bu müharibəni istəmirlər. 1988-ci ildən başlayan müharibənin törətdiyi fəsadlara baxanda, Ermənistan heç nə qazanmayıb, əksinə uduzub. Çünki bu ölkə Cənubi Qafqazdan keçən ən böyük layihələrdən kənarda qalıb. İqtisadi cəhətdən inkişaf edən Azərbaycan isə Qərb dövlətləri ilə müxtəlif beynəlxalq layihələrlə bağlı sazişlər imzalayıb”.
 
T. Txilava keçən ayın ilk günlərində cəbhədə atəşkəsin məhz Ermənistan tərəfindən pozulduğunu bildirib: "Ermənilər qəbul etməlidirlər ki, Azərbaycan dövləti və onun ordusu 25 il əvvəlki ordu deyil. Azərbaycan getdikcə güclənir, beynəlxalq arenada güclü oyunçuya çevrilib”.
 
Gürcü rejissor qeyd edib ki, Ermənistan silahlı qüvvələri işğal olunan Azərbaycan ərazilərində çıxmalı, bu torpaqlar əsl sahibinə qaytarılmalıdır: ”Onsuz da Ermənistan Azərbaycan torpaqlarını geri qaytarmağa məcbur olacaq. Ermənilərin bir dövləti var, o da Ermənistandır. Onlar Qarabağda dövlət yarada bilməzlər”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300