xin

Mayın 5-də Ermənistan hökuməti növbəti iclasında müxalif deputatlar Zarui Postancyan və Qrant Baqratyanın təqdim etdiyi "Artsax Respublikasının tanınması haqqında” qanun layihəsinə baxacaq.

Qanun layihəsi təqdir edilərsə, parlamentə göndəriləcək.

Qeyd edək ki, Zarui Postancyan bundan əvvəl iki dəfə buna bənzər sənəd təqdim edib. Hakimiyyətdə olan əksəriyyətin Yerevanın Dağlıq Qarabağı tanımasının münaqişənin həlli üzrə sülh danışıqlarına son qoyacağı haqqında mövqeyi ilə əlaqədar bu sənədlər parlamentdə qəbul edilməyib.

Ermənistan prezidenti Serj Sarkisyan da dəfələrlə hərbi əməliyyatlar başlayacağı təqdirdə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı ilə hədələyib.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Dağlıq Qarabağı tanıyacağı barədə açıqlamalarına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi Yerevanın Minsk Qrupu prosesinə son qoyması mənası daşıyır ki, bu halda Minsk Qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaqdır. Bu Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir.

Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir”, mətbuat xidmətinin rəhbəri qeyd edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300