Rəcəb ayının 26-dan 27-ə keçən gecəyə Besət (Məbəs)gecəsi deyilir. Peyğəmbərin (s) Besəti, yəni onun Allah tərəfindən risalət məqamına ucaldılması İslam tarixinin ən mühüm hadisələrindən biridir. Qurani-Kərimin nazil olması da məhz bu zamandan, Peyğəmbərin besətindən, ona ilk vəhyin nazil olmasından sonra başlayır. "Besət" sözü lüğəvi baxımdan ərəb dilindən ana dilimizə tərcümədə "ucaltmaq", "qaldırmaq" mənasına gəlir. Termin olaraq isə besət, "Allah tərəfindən bir insanın digər insanların hidayəti üçün göndərilməsi"nə deyilir.
Peyğəmbərin (s) məbus olmasından əvvəl onun gələcəyini səmavi din ardıcılları bəzi xüsusiyyət və nişanələrlə bilirdilər. Hətta müşrik ərəblər də bundan xəbərdar idilər. Qurandan əvvəlki səmavi kitablar olan Tövrat və İncil Muhəmməd peyğəmbərin (s.a.a.) məbəsindən müjdələr vermişdi. Həzrət İsa (ə) Musaya (ə) nazil olan Tövratın təsdiqi kimi, Peyğəmbərin (s) göndərilməsi barəsində müjdə vermişdi.

Məbəs gününün əməlləri

Məbəs bayramı ən böyük bayramlardan biridir. Həzrət Muhəmmədin (s) peyğəmbərliyə yetişdiyi gündür. Bu günün bir neçə tövsiyə olunmuş əməlləri var. Və onları siz dəyərli oxucuların diqqətinə çatdırırıq:
1. Qüsl almaq.
2. Oruc tutmaq. Bu günün orucu ildə ən savablı dörd gündən biridir.

İmam Sadiqdən (ə) nəql olunur ki, kim Rəcəb ayının 27-ci günü oruc tutsa, Allah onun üçün 70 ilin orucunu yazar.
3. Çoxlu salavat göndərmək. İmam Sadiq (ə) bu günü oruc tutmaq və Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) çoxlu salavat göndərməyi tövsiyə edib.
4. Rəsulullahı (s.a.a.) və Hz. Əli (ə) ziyarət etmək.
5. On iki rükət namaz (6 iki rikətlik namaz- hər iki rükətin sonunda salam verilir). Hər iki rükətdən bir verilən salamlardan sonra "Həmd", "Fələq", "Nas" surələrini dörd dəfə, daha sonra isə dörd dəfə,لا اِلـهَ اِلاَّ اللهُ واللهُ اَکْبَرُ، وَسُبْحانَ اللهِ وَ الْحَمْدُ لِلّهِ، وَ لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ (La ilahə illəllahu vəllahu əkbər və subhanəllahi vəlhəmdulillahi və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim), sonra da اَللهُ اَللهُ رَبِّى لا اُشْرِکُ بِهِ شَیْئاً (Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a) və لا اُشْرِکُ بِرَبّى اَحَـداً (La uşriku bi Rəbbi əhəda) zikirlərinin hərəsini dörd dəfə oxumaq lazımdır.
6. Şeyx Tusi Hüseyn bin Ruhdan nəql edir ki, bu gündə on iki rükət (hər iki rəkətdən bir salamları vermək lazımdır) namaz qılırsan. Hər rükətdə "Həmd"lə asan olan surələrdən birini oxunulur. Təşəhhüdlə salamları hər iki rükətdən bir verdikdən sonra bu duanı oxunulur:
اَلْحَمْدُ للهِِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً، وَ لَمْ یَکُنْ لَهُ شَریکٌ فى الْمُلْکِ، وَ لَمْ
Əlhəmdu lillahilləzi ləm yəttəxiz vələddən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm
یَکُنْ لَهُ وَلِىٌّ مِنَ الذُّلِّ، وَکَبِّرْهُ تَکْبیراً، یا عُدَّتى فى مُدَّتى، یا صاحِبى فى
yəkun ləhu vəliyyun minəz zull, və kəbirhu təkbira, ya uddəti fi muddəti ya sahibi fi
شِدَّتى، یا وَلیّى فى نِعْمَتى،یا غِیاثى فى رَغْبَتى،یا نَجاحى فى حاجَتى،
şiddəti, ya vəliyyi fi ni'məti ya ğiyasi fi rəğbəti, ya nəcahi fi hacəti
یاحافِظى فى غَیْبَتى،یاکافِىَّ (کافِىَ) فى وَحْدَتى،یااُنْسى فى وَحْشَتى،
ya hafizi fi ğəybəti, ya kafiyyə fi vəhdəti, ya unsi fi vəhşəti,
اَنْتَ السّاتِرُ عَوْرَتى فَلَکَ الْحَمْدُ، وَ اَنْتَ الْمُقیلُ عَثْرَتى فَلَکَ الْحَمْدُ،
əntəs satiru əvrəti, fələkəl həmdu və əntəl muqilu əsrəti, fələkəl həmdu
وَاَنْتَ الْمُنْعِشُ صَرْعَتى فَلَکَ الْحَمْدُ،صَلِّ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد،وَاسْتُرْ
və əntəl mun'işu sər'əti, fələkəl həmd, səlli əla Muhəmmədin və ali Muhəmməd, vəstur
عَوْرَتى، وَ آمِنْ رَوْعَتى، وَ اَقِلْنى عَثْرَتى، وَ اصْفَحْ عَنْ جُرْمى، وَتَجاوَزْ
əvrəti və amin rəv'əti, və əqilni əsrəti, vəsfəh ən curmi və təcavəz
عَنْ سَیِّئاتى فى اَصْحابِ الْجَنَّةِ، وَعْدَ الصِّدْقِ الَّذى کانُوا یُوعَدُونَ
ən səyyiati fi əshabil cənnəh, və'dəs sidqilləzi kanu yuədun.
Namaz və duanı qurtardıqdan sonra "Həmd", "İxlas", "Fələq", "Nas", "Kafirun", "Qədr", "Ayətəl-kürsi"ni yeddi dəfə, "La ilahə illəllahu vəllahu əkbəru və subhanəllahi və la həvlə və la quvvətə illa billah" zikrini yeddi dəfə, "Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a" zikrini yeddi dəfə oxuduqdan sonra istədiyin hacəti diləyirsən.

 

 

www.ehlibeyt.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300