Dövlət Gömrük Komitəsi bu gün bəzi kütləvi informasiya vasitələrində Astara Gömrük İdarəsinin sərhəd gömrük buraxılış məntəqəsinin piyada keçid xəttində vətəndaşların böyük sıxlığını əks etdirən videogörüntülərin yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.

Komitədən verilən xəbərə görə, həmin videogörüntülər bir neçə gün bundan öncə, bayram günləri ərəfəsində gömrük zonasına aidiyyəti olmayan ərazidə qeydə alınıb.

"Belə ki, bayram günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında adi günlərə nisbətən bir neçə dəfə artım müşahidə olunub, müəyyən sıxlıq yaranıb. Gömrük orqanlarının fəaliyyət zonasına daxil olmayan ərazidə baş verməsinə baxmayaraq müvafiq qurumlarla birgə tədbirlər görülüb, bu qısa müddətli sıxlıq tez bir zamanda aradan qaldırılıb. Hal-hazırda piyada keçid xəttində heç bir sıxlıq müşahidə olunmur, vətəndaşların normal gediş-gəlişi tam təmin edilir” - deyə məlumatda vurğulanıb.

 

uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300