ELMİ-LƏDUN NƏDİR VƏ BU ELM NƏYƏ QADİRDİR?

Son vaxtlar  moderator.az saytında tədqiqatçı-yazıçı Paşa Yaqubun imzasıyla elmi-lədun adlandırdığı silsilsilə yazılar getməkdədir. Yazıçı bu elmlə bir çox sirli hadisələrin – təyyarə, metro, enerji qəzalarının, həmçinin, ayın əvvəlində Bakıda baş verən sirli uğultunun, Qız qalasının sirrinin və sair sirlərin üstünü açmışdır. 
Oxucularımız saytımıza çoxsaylı suallar ünvanlayırlar ki, elmi-lədun nədir və bu elm necə qazanılır, nəyə qadirdir? Biz də öz növbəmizdə sualı Paşa Yaqubun özünə  ünvanladıq: 

-Elmi-lədun barədə tarixi mənbəlrdə nə deyilir?
 
-Elm zahiri və batini olmaqla, iki qrupa bölünür. Zahiri elmlər məktəbdə müəllimdən və kitabdan öyrənildiyi halda, batini elm əksinə, müəllimdən öyrəniləz. Buna elmi-lədun deyilir. 
"Ladun” sözü ərəbcə "dərin qat” mənasını verməklə, elmin dərin qatlarına işarədir. Bu, tək zəhmətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə gələn duyumla (hissiyyatla) qazanılan bilgidir. Vaxtilə peyğəmbərlər və digər Allah dostları bu cür elmə malik olublar və sirlər üzərindən pərdələri məhz bu elmlə qaldırıblar. 

Deyleminin rəvayət etdiyi bir hədisi-şərifdə: "Elmi-lədun Allah-təalanın sirlərindən bir sirdir. Onun hökmlərindən bir hökmdür. Dilədiyi qulunun qəlbinə salar” – deyə buyurulmuşdur. 

"Sülük-ül-Uləma” adlı əsərdə keçən bir hədisi-şərifdə: "Elmlərdən elələri vardır ki, onları ancaq mərifətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xəbər verdikləri zaman mərifətullaha sahib olmayanlardan başqası onları inkar etməz” – buyrulmuşdur.

Allah-təalanı qəlb və ruhla tanıyıb bilməyə mərifətullah deyilir. Məhəmməd Məsum bu dünyada ən qiymətli şeyin mərifətullaha qovuşmaq olduğunu bildirmiş; İmam Rəbbani isə, qəlbində xardal dənəsi boyda dünya məhəbbəti bulunan kimsənin mərifətullaha qovuşmayacağını ifadə etmişdir.

Şəhabəddin  Şührəverdi: "Elmi-batin (elmi-lədun) ilə qulun Allah-təalaya yaxınlığı artar. Bu elm Allah adamı deyilən vəlilərin və talibləri ona qovuşduran, doğru yolu qüvvətləndirən və insanlara doğru yolu göstərən alimlərin söhbətlərində qazanılır. Bu alimlər peyğəmbərlərin varisləridir” – demişdir. 

Peyğəmbərimiz buyurmuşdur: "Elmi ilə əməl edənə Allah-təala bilmədiklərini də bildirər.” 

Elmi-lədun barəsində Quranın bir ayəsində belə buyrulur:
«Şübhəsiz ki, Yaqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!» Quran, 12:68

-ELMİ-LƏDUN NƏYƏ QADİRDİR? YƏNİ, BU ELMLƏ NƏ ETMƏK MÜMKÜNDÜR?

-Elmi-lədunla bütün sirli hadisələrin və xəstəliklərin üzərindən sirr pərdəsini qaldırmaq, hadisənin mahiyyətini açıb, ondan xilas (qorunmaq) yollarını təyin etmək mümkündür. Məsələn, elə olur ki, texniki baxışdan keçərək havaya qalxan təyyarə havada olarkən hər iki motoru eyni vaxtda müəmmalı şəkildə sönür və qəzaya uğrayır. Bu, sirli, müəmmalı hadisədir. Normalda motor sönməməlidir. Sönürsə, heç olmasa, ikinci motor işləməlidir. Son dövrlər təyyarələrdə iki motorun birdən sönməsi hallarına te-tez rast gəlinir. Bu cür hallarda təyyarənin üzərindəki marka bir qayda olaraq Ay tutulmasından keçən günlərin sayını göstərir. Məsələn, bu gün "Boeinq 737” müəmmalı şəkildə qəzaya uğrayıbsa, onun sirrini açmaq üçün kalendar üzərində 737 gün geriyə sayırıq, görürük həmin tarixdə Ay tutulubmuş. Yaxud, Bakıdakı metro qəzalarının monitorinqi göstərir ki, bu qəzalar hər 114 gündən bir baş verir. Bu barədə kitablarımda və moderator.az saytında çoxlu faktlar sadaladığımdan, burada təkrarçılığa yol vermək istəmirəm. 

-MƏQALƏLƏRİNİZİN BİRİNDƏ ELMİ-LƏDUNLA PARALEL ALƏMƏ ÇIXMAĞIN MÜMKÜNLÜYÜNÜ DƏ QEYD ETMİŞDİNİZ...

-Bəli, sifətdə üç nöqtə vardır ki, onları hər əlin üç barmağı ilə birləşdirdikdə barmaqların fəzada vəziyyəti "WWW” formasını alır və insanın bəsirət gzü açılaraq, paralel aləmdəki nuru, və bu aləmin gözəlliyini, mələklərin nurunu ziyarət edə bilir... İnternetdə informasiya ötürmək üçün   istifadə edilən "@” işarəsi isə, insanın mədəsinə işarədir (mədənin bənzəridir). Elmi-lədunla mədənin üzərində olan nöqtələri basmaqla insan öz enerjisini istənilən istiqamətə ünvanlaya bilir. 

-BU VAXT NƏ BAŞ VERİR?

-Bu vaxt insandan ayrılan enerji öz gücünə görə Allahın enerjisinə yaxın,  bəlkə də bərabər olur. Çünki, həmin vaxt insan öz gücünü Allahın gücü, enerjisi ilə birləşdirir. Mədənin üzərindəki nöqtədən cəmi bir dəfə istifadə edilib – 1999-cu ilin dekabrında, bu nöqtələrin yerini  mənə öyrədən Hacı Xalid istifadə edib. Onda da enerjinin ünvanı Yerin cazibəsindən kənarda olan Sputnik ötürücü stansiyası olub. Həmin vaxt stansiyanın işi bir dəqiqəlik dayandığından, Yerdəki bütün transliyasiyalar, rabitə və internet də bir dəqiqəlik kəsildi. 

-BUNU YENİDƏN ETMƏK MÜMKÜNDÜRMÜ?

-Bu ancaq Allah-təalanın izni ilə edilə bilər. Yalnız O icazə versə edilə bilər. Bir dəfə etməyə icazə verdi ki, həqqi-yəqinlik hasil olsun insan nəyə qadir olduğunu, Allahdan sonra ikinci qüdrətli varlıq olduğunu bilsin! Enerjinin ünvanı ona görə Sputnik seçildi ki, bütün dünya bilsin ki, Azərbaycanda elmi-ladun sahibləri var və bu elm nəyə  qadirdir. Həmin gün dünyanın bütün KİV-ləri tərəfindən xəbəri yayımlanan bu hadisə Yer sakinlərinə Allah tərəfindən bir mesaj idi ki, silahlarının gücünə çox güvənməsinlər. Allahın elmi istənilən vaxt həmin silahları susdurmağa, enerjini kəsməyə qadirdir...(moderator.az)

Paşa Yaqub, tədqiqatçı-yazar

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300