"Allah Kainatı riyazi dillə yaratmışdır” (Qalileo Qaliley)

Hələ astronomiya elmi yaranmamışdan çox-çox  əvvəllər kahinlər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən olunmuşdu ki, astronomik hadisələr dövrlərə bölünür və hər dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6585 sutkanı) əhatə edir.  Sonradan astronomiya elmi yarandı və bu dövr "Saros dövrü" adlandırıldı.

Bir qayda olaraq hər "Saros dövrü”ndə 71 astronomik hadisə  baş verir ki, onlardan 28-i Ay, 43-ü isə Günəş tutulması olur.

Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlərin mənası (niyə məhz bu sayda olması) hələ ki, astronomiya elmi tərəfindən şərh olunmayıb (yəqin ona görə ki, indiyədək bu məsələyə Quran fonunda baxılmayıb).

Araşdırmalarımız zamanı məlum oldu ki, Allahın elminin sirrini məhz Özünün göndərdiyi kitabla – "Quran”la açmaq mümkündür. Belə ki, Buradakı 71 astronomik hadisə, Yerin dərya hissəsinə işarədir (Yerin 71 %-i sudan ibarətdir). 
Dəryadan söhbət düşəndə isə, gözlərimiz önünə ilk növbədə gəmi və Nuh gəlir. Təsadüfü deyil ki, "Quran”ın bu mövzudan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi də 71-dir (!) ki, bu da həm dəryalara, həm də  "Saros dövrü”ndəki 71 tutulmaya işarədir.

71-ci surə 28 ayədən ibarətdir ki, bu da "Saros dövrü”ndə olan 28 (!) Ay tutulmasının açarıdır.

71 - 28 = 43
 hesablaması isə, bir astronomik dövrdə 43 dəfə baş verən Günəş tutulmasının açarıdır.

Diqqətinizi bir məqama da cəlb etmək istəyirəm. Keçən il dekabrın 4-də Xəzər dənizində tufan (oxu: Nuhun tufanı) baş verəndə və neft buruğu dağılanda 27 sentyabr 2015-ci ildə baş verən Ay tutulmasının 71-ci (!) günü idi.

Bütün bu hikmətləri dərk edərkən belə nəticəyə gəlirik ki, indiyədək baş verən Günəş və Ay tutulmaları əslində Quranda deyildiyi kimi bəşəriyyətə bir xəbərdarlıqdır:

"Həqiqətən, Biz Nuhu: "Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları qorxut!" - deyə öz tayfasına Peyğəmbər göndərdik. O dedi: "Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə) qorxudan bir Peyğəmbərəm". "Quran”, "Nuh" surəsi, 1-ci ayə.

Son 16 ildə Yerdə baş verən bütün təbii fəlakətləri və böyük qəzaları (zəlzələlər, daşqınlar, təyyarə və enerji qəzaları və s.) tədqiq etməklə məşğulam. Tədqiqatlar sübut edir ki, baş verən bu cür fəlakətlər bir qayda olaraq riyazi yolla astronomik hadisələrə və "Quran”a bağlanır (tədqiqatlarımın nəticələri barədə kitablarımdan və məqalələrimdən məlumat ala bilərsiniz).
 
Bununla Rəbbim bəşəriyyətin diqqətini bəşəri dəyərlər toplusu olan QURANA yönəldir. Çünki əsrimiz kainatın sonuncu əsridir və nəhayət sonda insanlar kamillik dövrünü yaşayıb, sonra dünyanı dəyişməlidirlər. Odur ki, ağıl sahibləri baş verənlərdən düzgün nəticə çıxararaq, tövbə edib, doğru yolu tutmalıdırlar.

 
"Allah Öz əmri ilə mələkləri vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib belə buyurar: "İnsanları əzabımla qorxudub bildirin: "Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!" "Quran”, 16:2
(moderator.az)
 
 Paşa Yaqub – tədqiqatçı-yazıçı

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300