"Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət çox mürəkkəbdir. Bu, böyük insan faciəsidir".

İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, Hayfa Universitetinin doktorantı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut belə deyib.

A.Qut Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə intensiv artilleriya zərbələri endirilməsi nəticəsində mülki əhaliyə dəymiş ziyanın nəticələri ilə tanış olmaq üçün cəbhə bölgəsinə səfər edib.

Ekspertin sözlərinə görə, cəbhə bölgəsində yaşayan insanlar, demək olar ki, normal həyatdan məhrum ediliblər: 

"Cəbhəyanı kəndlərin sakinləri normal yaşaya və öz uşaqlarını tərbiyə edə bilmirlər, onlar daim raket və artilleriya atəşi altındadırlar. Bu, çox çətindir. Mən bir israilli olaraq həmin insanları yaxşı başa düşürəm, biz raket və artilleriya atəşi altında yaşamağın nə olduğunu yaxşı bilirik. Əlbəttə ki, vəziyyəti dəyişmək lazımdır".

O, əlavə edib ki, Azərbaycan bu gün regionda yüksək geosiyasi çəkiyə, eləcə də Cənubi Qafqazda ən güclü ordulardan birinə malikdir: 

"Düşünürəm ki, əgər sülh yolu ilə həll olunmasa, Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində bu məsələni təkbaşına həll etməyə tam hüququ var. Əgər Ermənistan tərəfi sülh yolu ilə münaqişəni həll etməyə hazır deyilsə, Azərbaycanın geosiyasi, hərbi, iqtisadi də daxil olmaqla, bütün imkanları var ki, Ermənistanı sülhə məcbur etsin". (trend)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300