xedice-ismayil-yeni
Araşdırmaçı-jurnalist Xədicə İsmayılın müraciəti Ümumdünya Mətbuat Azadlığı günündə UNESCO-nun Helsinkdə keçirəcəyi beynəlxalq tədbirdə oxunacaq, jurnalistin anası Elmira İsmayılova BBC Azərbaycancaya deyib.
"Xədicə məndən xahiş etdi orda oturanlara deyim ki, azad söz və ədalət üçün mənimlə birlikdə vuruşsunlar”, xanım İsmayılova mükafatı Xədicənin adından özü qəbul edəcəyini bildirir.
Təsis olunmuş mükafat, "Məlumat və fundamental azadlıqlara – Bu sənin hüququndur!” mövzusunda keçiriləcək Ümumdünya Mətbuat Azadlığı günü, mayın 3-də Helsinkdə təşkil edilən tədbirdə təqdim olunacaq, BMT rəsmi saytı yazır.
Jurnalist Xədicə İsmayıl aprelin 8-də müstəqil beynəlxalq peşəkar münsiflər tərəfindən çətin şəraitdə jurnalistikaya töhfələri və jurnalist araşdırmalarına görə bu mükafata layiq görülüb, UNESCO-nun saytında yazılır.
BMT-nin 1997-ci ildən ifadə azadlığını önə çəkənlərə verdiyi mükafat bu günə qədər 18 nəfərə təqdim olunub. Azərbaycandan bu mükafata ilk dəfə 2012-ci ildə jurnalist Eynulla Fətulayev layiq görülüb.
UNESCO-nun Guillermo Cano mükafatı 1986-cı ildə Meksikalı narkotik baronları tərəfindən qətlə yetirilən jurnalist, Guillermo Cano Isaza-nın şərəfinə təsis edilib.
Xədicə İsmayılın əməkdaşlıq etdiyi Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin (OCCRP) həyata keçirdiyi "Xədicə Layihəsi” də ötən ay "Araşdırmaçı Reportyorlar və Redaktorlar” təşkilatının (IRE) 2015-ci il üçün xüsusi "Tom Renner” mükafatına layiq görülüb.
Bundan əvvəl isə o, İsveçin Milli Mətbuat Klubu tərəfindən təsis edilmiş Anna Politkovskaya adına "Söz azadlığı”, "Alison Des Forges”, PEN/Barbara Goldsmith və digər mükafatlara layiq görülüb.
Xədicə İsmayıl 2014-cü ilin dekabrın 5-də həmkarını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib, lakin sonradan bu maddə üzrə ona bəraət verilib.
Həbs-qətimkan dövründə Xədicə İsmayıla qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb və o, 7 il 6 ay müddətinə həbs edilib.
"Xədicə İsmayılla bağlı hökm gələn ay ola bilər”, jurnalisti Avropa İnsan Haqları Məhkəməsində təmsil edən vəkil Amal Clooney ötən həftə BBC Azərbaycancaya verdiyi müsahibəsində demişdi.
Jurnalist özü və əməkdaşlıq etdiyi Azadlıq Radiosu onun həbsinin səbəbini siyasi motivli olduğunu deyir və apardığı araşdırmalarla əlaqələndirir. Azərbaycan hökuməti bu iddiaları rədd edir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300