Bu gün Azərbaycan Xalq Cumhuriyyətinin süqutu  ilə nəticələnən 1920-ci il aprel istilasından 96 il ötür. Bəli, bu gün…Yəni sabah yox, məhz bu gün! Uzun müddət bu işğalın tarixi aprelin 28-də göstərilirdi. Ən pis məqam isə 28 apreli qətiyyən işğal kimi yox, ölkədə bolşevik rejiminin qurulması tarixi kimi qeyd edirdilər. Amma bir quruluş süquta yetirilməsə o biri heç zaman onu əvəzləyə bilməz! Elə bu gün də bəzi mənbələrdə 27 yox, 28 aprel istilası kimi həmin işğalın tarixi qeyd olunur.

Araşdırmaçı alim, Azərbaycan Xalq Cumhuriyyəti tarixinin bilicisi, Nəsiman Yaqublu  Moderator.az saytına verdiyi müsahibəsində 1920 –ci ilin aprel işğalı ilə bağlı bir çox maraqlı faktlara toxundu. Amma ilk olaraq həmin tarixin uzun illərdir ki, bilərəkdən, ya bilməyərəkdən yanlış yazıldığını qeyd etdi:

-Əvvəlcə onu deyim ki, bu 28 aprel yox, 27 aprel işğalıdır. Uzun müddət ərzində kitablarda, dərsliklərdə bu işğalın tarixi 28 aprel kimi göstərilir. Qeyd edirlər ki, guya bu tarixdə Azərbaycanda sovet hakimiyyəti qurulub. Əslində bu belə deyil! Həqiqət budur ki, aprelin 27-də Azərbaycan rus bolşevikləri tərəfindən işğal edilib. Bu tarix yalnız işğal tarixidir! Onu sovet hakimiyyətinin qurulması şəklində göstərmək kimi tendensiya bu günün özündə də bəzi alimlərin kitablarında yer alıb. Bu çox yanlış yanaşmadır. Çünki Azərbaycan Xalq Cumhuriyyətinin bütün sənədlərində, yazışmalarında, görkəmli şəxsiyyətlərin məktublarında 27 aprel işğal günü kimi qeyd edilir.

 Hörmətli, oxucu sual edə bilər ki, axı bunun nə fərqi var? Bircə günlə nə dəyişəcək- ya aprelin 27-si olsun, ya da ki, 28-i. İşğal elə işğaldı! Amma tarix tam incəliyinə qədər araşdırılmalıdır.  İşğal faktının aprelin 27-dəgöstərilməsinin çox böyük fərqi var. Çünki məhz həmin gün rus ordusu Yalama tərəfdən Azərbaycanərazilərinə işğala başladı. 1500 əsgərimizi öldürdü. Faktı aprelin 28-i kimi göstərməəslində həmin kiçik işğalların və AXC əsgərlərinin ölümünü pərdələməkdir. Bu haqda araşdırmaçı daha dəqiq danışır:

-1918-ci il aprelin 26-dan 27-nə keçən gecə Dərbənddə Yalama yolunda Leninin və Orcanikidzenin əmri ilə rus qoşunları Azərbaycan sərhədlərini keçdilər. Azərbaycan ərazisini tədricən işğal etməyə başladılar. Yalama, Xaçmaz, Xudat ətrafında işğal get-gedə genişləndi. Onu da deyim ki, o ərazilərdə gedən döyüşlərdə Azərbaycan Xalq Cumhuriyyəti ordusunun 1500-ə yaxın əsgəri də qəhrəmancasına döyüşüb, bolşeviklərə qarşı münarizə aparıblar. Təəssüflər ki, həmin 1500 əsgər haqqında məlumat   bu gün heç yerdə hallanmır. Xaçmaz, Xudat tərəfdə  heç adi xatirə lövhəsi də vurulmayıb ki, burada 1500 əsgər bolşeviklərə qarşı qəhrəmancasına vuruşub.

Azərbaycanı, Rəsulzadə hökumətini işğal etmək nə üçün bu dərəcədə vacibdir? Bu suala təbii ki, hamımızdan yaxşı o tarixi  araşdıran təqdiqaqatçı cavab verə bilər:

-Çar Rusiyanın yerində yaranan  bolşevik Rusiyası ətrafında yeni müstəqil dövlətlərin olmasını heç cürə qəbul edə bilmirdi. Rəsulzadə yazırdı ki, Nikolay Rusiyası ilə  Lenin Rusiyası arasında heç bir fərq yoxdu. Nikolay Rusiyasında zəncirlərin rəngi ağ, Lenin Rusiyasında isə zəncirlərin rəngi qırmızıdır. Yəni Rəsulzadə Çarın ağ, bolşeviklərin qırmızı bayrağını nəzərdə tutaraq elə deyirdi. Amma hər ikisinin mahiyyəti eyni idi. Pyotrun qoyduğu vəsihət çar Rusiyasında necə yerinə yetirilirdisə, bolşevik Rusiyasında da o cür icra edilməyə başlandı. Yəni, Azərbaycanı Qafqazdakı müsəlman-türk qüvvələrini  işğal etmək! Uzun əsrlər o tendensiya davam etdi”.

Nəsiman Yaqublu 27 aprel işğalının bir neçə görünməyən səbəblərindən də danışır. Siz deməyin ki, burada başqa məsələlər də var imiş:

-Həmin illərdə Azərbaycanda qanlı terror rejimi yaradıldı. Azərbaycan birpartiyalı rejimin hökmü altında yaşadı. Azərbaycanın 27 aprel  işğalının bir neçə səbəbləri var idi. Bəlli idi ki, Rusiya güclü bir dövlətdir. 70 minə yaxın qoşunla Azərbaycan ərazisinə daxil olmaq üzrə idi. Bunun qarşısını almaq çox çətin məsələ idi. Amma digər xırda səbəblər də var ki, onlar da 27 aprel istilasında əsaslı rol oynadı. O səbəblər olmasaydı işğalı bir az uzadıb, müəyyən qədər müqavimət göstərə bilərdik. Həmin səbəblər bunlardı: birincisi, Azərbaycandakı bolşeviklərin xəyanəti. Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əliheydər Qarayev, Bünyadzadə, Ağamalıoğlu, və s. hamısı demək olar ki, Rusiya bolşeviklərinin təsiri altına düşüb işğala imkan verdilər. İkincisi, əgər ermənilər xəyanət etməsə idi və Azərbaycanın ordu hissələri məcburi şəkildə Qarabağa göndərilməsə idi bu qədər boşluq yaranmazdı. Rus qoşunlarının ölkəyə daxil olduğu sərhədyanı ərazilərimizdə boşluqlar olmazdı. Çünki biz onlarla döyüşə bilərdik. Ordumuz var idi. Orada bayaq dediyimiz kimi cəmi 1500 əsgər rus qoşunlarına qarşı mübarizə apardı. 25 minlik ordunun döyüşməsi ilə 1500 əsgərin döyüşməsi bir ola bilməz ki!  Üçüncüsü, Azərbaycanda o dövrdə olan türk zabit və əsgərlərinin xəyanəti oldu.  XI Qırmızı ordu türkləri aldatdılar. Onlara dedilər ki, biz Azərbaycan ərazisindən keçib Türkiyəyə hərbi  yardım edəcəyik. Amma AXC hökuməti buna icazə vermir. O zaman Türkiyədə də vəziyyət yaxşı deyildi. Amma təbii ki, bu bir hiylə idi. Rəsulzadə türk qoşunlarının komandanına dedi ki, ruslar sizi aldadır. Onların məqsədi Türkiyəyə kömək etmək yox, 1914-cü ildə itirilmiş sərhədləri bərpa etməkdir. Amma türklər Rəsulzadəyə inanmadılar. Əvəzində AXC hökumətindən rus qoşunlarını Bakıya buraxmağı tələb etdilər. Doğurdan da Rəsulzadənin dediyi kimi oldu. Rus qoşunları Bakını işğal etdilər. Çox təəssüflər ki, o zaman türk qoşunları da onlara müəyyən yardımlar etdi. Amma onu da qeyd edim ki, həmin vaxt türk qoşunlarının başçısı Xəlil paşanın yanında olan Tələt paşa Atatürk hakimiyyətinin qurulmasından sonra təsis edilən  İstiqlal məhkəməsində bu səhvini etiraf etdi. Bildirdi ki, biz o zaman Azərbaycana qarşı ədalətli davranmadıq.

 Bunlar da hələ son deyildi. 27 aprel istilasını tezləşdirən başqa səbəblər də olub. Onlardan da biri Milli Hökumət Kabinəsinin qurulmasının gecikməsi oldu. Məhəmmədhəsən Hacınskinin bu səvhi də əsaslı rol oynadı:

-AXC parlamentində olan partiya və fraksiyaların da yekdil ola bilməməsi öz sözünü dedi. Bəzi partiyalar bildirdilər ki, onsuz da özümüzdən olan bolşeviklər ölkəni idarə edəcəklər.

Milli Hökumət Kabinəsinin qurulması da bu arada gecikdi. Bunda  əsas günahkar Məhəmmədhəsən Hacınski idi. Çünki o, istəyirdi ki, mövcud qüvvələrlə bolşeviklərin vahid hökumətini qursun. O, bunu qəsdən etmirdi. Azərbaycandakı bolşevik qüvvələr söz verdilər,  amma sonradan hökumətə daxil olmadılar.

Rəsulzadə deyirdi ki, bunların hamısından yuxarıda dayanan əsas səbəb isə bizə beynəlxalq  dəstəyin olmaması idi. Xarici dövlətlərdən nə Fransa, nə ABŞ, nə İngiltərə, nə də bir başqa dövlət Azərbaycanın mənafeyi üçün bircə addım da atmadı. Bizi bolşevik Eusiyasının canavar ağzaına atdılar. Biz tək qaldıq. Bax bdur, 27 aprelin mahiyyəti!

 

Elmin Nuri

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300