Bu gecə qoşunların təmas xəttində baş verən atışmada daha 3 erməni əsgərinin yaralandığı rəsmən etiraf edilib.

 

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi Kamavor Xaçatryan açıqlayıb.

 

Onun sözlərinə görə, yaralılardan birinin vəziyyəti olduqca ağırdır.

 

Erməni sosial şəbəkə istifadəçiləri isə 26-27 aprel tarixlərində Talış kəndi ətrafında baş verən və artilleriya atəşi ilə müşayiət olunan toqquşmada 17 erməni hərbçisinin öldüyünü, 32 nəfərin isə yaralandığını bildirirlər.

 

Qeyd edək ki, səhər saatlarında Ermənistan Müdafiə Nazirliyi 1996-cı il təvəllüdlü Ayk Minasyanın Azərbaycan ordusunun açdığı atəş nəticəsində öldüyünü təsdiqləmişdi. Ermənistan Müdafiə Nazirliyinin 26 aprel tarixli rəsmi açıqlamasında iki muzdlu hərbçi - 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyanın cəbhədə öldüyü bildirilib. Həmçinin İcevandakı hərbi hissələrdən birinin kazarmasında bir əsgərin - Ohanes Petrosyanın güllə ilə öldürüldüyü də etiraf edilib.

 

Azərbaycan Müdafiə Nazirliyi isə ermənilərin artilleriya atəşi nəticəsində mülki evlərin dağıldığını bildirib, itki olmadığını açıqlayıb. Ermənilərin itkiləri barədə MN açıqlama verməyib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300