Hərbi ekspert ermənilərin istifadə etdiyi qadağan olunmuş silahdan danışdı
 
Müdaiə Nazirliyi xəbər verir ki, erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub. 

Silahların hansı beynəlxalq konversiyalara zidd olması və nə kimi zərərli olduğu barəsində hərbi ekspert Üzeyir Cəfərov Avropa.info-ya açıqlama verib. 

Onun sözlərinə görə, ermənilər artıq heç bir beynəlxalq qaydalara əməl etmir və kimyəvi tərkibli silahlardan istifadə etməklə əsgərlərə psixi təsir göstərməyə çalışırlar. 
"Azərbaycan Müdafiə Nazirliyi özü çox sərt addımlar atmalıdır. Çünki düşmən heç bir beynəlxalq hüquqları tanımır  və heç bir qanunlara əməl etmək istəmir. İndi də qadağan olunmuş silahlardan istifadə edir. Əldə edilən şəkillərdən də bunu görmək mümkündür. Bu silahlar daha çox kimyəvi tərkibi olan silahlardır və istifadəsi beynəlxalq konversiyanın tələblərini kobud şəkildə pozmaqdır. Ermənilər isə bu silahlardan istifadə edirlər və indiyə qədər çox şeylər eşitmişdik, görmüşdük, amma bu dəfə onların istifadə etdiyi bu silahlar adı tam bəlli olmayan silahlardır ki, onlarında təkibində kimyəvi maddələr var. Bu silah əsgərlərdə müəyyən psixi təsirlər yaradır". 

Ü.Cəfərovun sözlərinə görə, ermənilərin istifadə etdiyiyi silahın nəinki  insanlara, hətta ətrafda olan bütün canlı qüvvəyə zəhərli təsiri olur: "Azərbaycan bu məsələni cavabsız qoymayacaq. Çünki beynəlxalq normalara görə, bu, artıq düşmən tərəfinin kobud qanun pozuntusudur. İnanıram ki, artıq Müdafə Nazirliyi tərəfindən lazimi addımlar atılır”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300