Slovakiyanın paytaxtı Bratislavada gənclər arasında cüdo üzrə Avropa birinciliyi start götürüb. Apasport.az saytının məlumatına görə, yarışların ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

 

60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Davud Məmmədov qitə birinciliyində ilk görüşünü Kipr nümayəndəsi İrodotos Kelpisə qarşı keçirib. Rəqibini məğlub edən Azərbaycan cüdoçusu daha sonra rusiyalı Savva Karakizid, italyan Karmin di Lorento və bolqar Denislav İvanova qalib gələrək finala çıxıb. Davud Avropa çempionatının qızıl medalı uğrunda rusiyalı İslam Yaşuev ilə qarşılaşıb. Finalda məğlub olan cüdoçumuz gümüş medal qazanıb.

 

66 kq çəki dərəcəsində isə iki cüdoçumuz Avropa birinciliyində bürünc medal uğrunda mübarizə aparıb. Rəşad Rufullayev və Telman Vəliyev öz aralarındakı görüşdə 3-cü yerin sahibini müəyyənləşdirib. Bu dueldən Vəliyev qalib çıxıb. Bir faktı qeyd edək ki, Telman Vəliyev ilk görüşdə Litvanı təmsil edən erməni əsilli cüdoçu Teqran Qalustyanı udaraq yarışdan kənarlaşdırıb.

 

Daha bir cüdoçumuz da Slovakiyada bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Qızlar arasında 48 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva medal qazanmaq üçün ispaniyalı Sinta Qarsiya ilə görüşüb. Qızıl xal uğrunda mübarizədə xəbərdarlıq alan Leyla birinciliyi 5-ci yerdə başa vurub.

 

Avropa birinciliyinin ilk günündə mübarizə aparan digər iki cüdoçumuz - Rüfət Tağızadə və Səkinə Zairova final mərhələsinə çıxa bilməyib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300