Ermənistan Silahlı Qüvvələri bu gün axşam saatlarından başlayaraq cəbhənin
Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan
atəşə tutublar.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib.
Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutub.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin susdurulması üçün atəş nöqtələrinə cavab zərbələri endirir.
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub: "Cəbhədə baş verən hadisələrə görə erməni tərəfi birbaşa məsuliyyət daşıyır”.