"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Victory Organization 25 aprel 2016-ci ildən 25 avqust 2016-ci il tarixədək ölkədə insan alveri ilə mübarizə üzrə virtual hərəkata start verib.
"Labirintdən çıxış” adlı hərəkatın məqsədi sosial şəbəkələr yolu ilə qadınların iş, evlilik adı ilə aldadılaraq başqa ölkələrə daşınması və insan alverindən zərərçəkməsinin qarşısını almaqdır.

Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Labirintdən çıxış” layihəsi çərçivəsində gənclərə müraciət ünvanlayıb.


Uluyol.info həmin müraciəti olduğu kimi təqdim edir:

"Hörmətli dostlar! 
Əziz gənclər!
Gündəlik həyatımızda müxtəlif mənfi hadisələr barəsində eşidirik,hətta  şahidi də oluruq. Bu hadisələrin bir çoxu da sosial şəbəkələrə bağlı olur. Sosial şəbəkədə aldadılmış qızlar sonradan onları aldadan şəxslər tərəfindən şantaj edilərək müxtəlif  təziqlərlə üzləşirlər. Bununla bağlı bizim təşkilatımıza da bir neçə müraciətlər olub. Həmin qızlar bəzən yaxınlarının və qohumlarının hadisədən xəbər tutacağından ehtiyat ediblər və susublar. Bildiyimizə görə bununla bağlı hətta intihara cəhd göstərən də olub. Eləcə də sosial şəbəkələrdə xarici ölkədə işə düzəlmək istəyənlər arasında da aldananlar olur. 
Əgər yaxınlarınız və ya dostlarınız arasında kiminsə başına belə hadisə gəlibsə, belə fakt qarşınıza çıxıbsa, bizimlə əlaqə saxlayın, (012) 511-11- 51 nömrəsinə  zəng vurun.

Hörmətlə, Mehriban Zeynalova, 
"Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sədri”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300