Birinci qrup Qarabağ əlili Rzayev Amil İsmayıl oğlu döyülüb. Bu barədə A.Rzayev özü məlumat verib. Onun sözlərinə görə, döyülməsinə səbəb Beynəlxalq Avtovağzala girmək üçün qeyri-qanuni tələb olunan 1 manatı verməməsinə etiraz etməsi olub: "Beynəlxalq Avtovağzalda taksi fəaliyyəti ilə məşğulam. Qolumun biri işləmir, gözümün biri isə görmür. Yəni, dolanışığım taksidən çıxır. Başqaları kimi gecə-gündüz işləmirəm. Səhhətim imkan verəndə işə çıxıram. Gün ərzində bir dəfə dayanacağa görə, bir dəfə də polislər əlavə pul istəyir. Guya, əraziyə nəzarət edirlər.

Bundan əlavə gündə bir dəfə nəzarətçiyə 1 manat verməliyik. Bu günə kimi o pulu vermişəm, amma indi vəziyyət dəyişib. Tələb olunan pulu verə bilmirəm. Belə çıxır ki, mən onlar üçün işləməliyəm. Axı ailəm var, onları da dolandırmalıyam. Cana doydum, aprelin 25-də buna etiraz elədim. Bildirdim ki, tələb etdiyiniz 1 manatı verməyəcəm. Bunu eşidən sahə inspektoru Azər bir neçə nəfəri üstümə saldı, məni döyüb, təhqir elədilər. Zorla məni sürüyüb maşından saldılar. Azər "səni başa salarlar” deyə uca səslə məni küçə söyüşləri ilə təhqir edirdi”.

elil doyuldu

A.Rzayev qeyd edib ki, onu BMW markalı maşına salıb aparmaq istəyən şəxslər ətrafdakıların etirazı ilə qarşılaşıb: "Dedim ki, siz məndən zor gücünə pul istəyirsiniz. Azərin cavabı isə belə oldu: "Bura bizim nəzarətimizdədir, mən başdan xarabam, vuraram, hətta səni öldürərəm”. Bunları deyib üstümə hücum çəkdi. Sağ olsun camaat, onu güclə də olsa sakitləşdirdilər. Dayanacağın müdiri olan Nadir kəlbəcərlidir, övladlarının heç biri hərbi xidmətdə olmayıb. Deyirəm gündə bir şəhid veririk, sağlamlığımı bu torpağın yolunda qoymuşam, amma sən burada pul yığırsan. Deyir get kimə deyirsən de, mən Cavid Qurbanovun qohumuyam”.

A.Rzayev məsələ ilə bağlı aidiyyəti qurumlara, o cümlədən prezidentə müraciət edib: "Möhtərəm prezidentə müraciət etmişəm. Eləcə də "102” xidmətinə, əlaqədar qurumlara, həmçinin daxili işlər naziri Ramil Usubova şikayət etdim. Orada bildirdim ki, başdan xarab insanlara zabit rütbəsi verib sahə rəisi qoymaq olar?” (AzNews.az)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300