Qarabağa erməni qadın snayperlər gətirildi - VİDEO, FOTOLAR
Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər rayonlarına qadın snayperləri yollamağa başlayıb.

Milli.az bildirir ki, Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasında xüsusi hazırlıq keçmiş bu qadın snayperlər Ağdərə, Füzuli, Cəbrayıl və Hadrut rayonlarındakı postlarda yerləşdirilirlər. 

Ayın əvvəlindən bəri Dağlıq Qarabağa Ermənistandan 19 qadın snayperin göndərildiyi iddia olunur. Onların əksəriyyəti Britaniyanın "Accuracy International" şirkətinin istehsalı olan "L96A1 Tross / Arctic Warfare" snayper tüfəngi ilə təmin olunub.

Bununla yanaşı, erməni qadın snayperlərin yerdə qalan qismində Rusiya istehsalı olan OSV-96, V-94, SVD və SV-98 snayper tüfəngləri də var.

Erməni qadın snayperlərin xidmət etdikləri hərbi hissələrə gəldikdə, onlar Ermənistanın Karçaxpyur şəhərindəki 555-ci, Nubaraşendəki 545-ci və İcevandakı 246-cı motoatıcı alaylarn hərbi qulluqçularıdır.

Qarabağa bu yaxınlarda Ermənistanın Sisyan şəhərindəki 2-ci motoatıcı briqadadan da bir neçə qadın snayperin göndəriləcəyi iddia olunur.

Ekspertlərin fikrincə, Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində Azərbaycan ordusunun erməni təxribatlarına cavab atəşləri nəticəsində ağır zərbələr alan ermənilər "snayper savaşı"nı yenidən bərpa etmək, bu minvalla mövqelərinin "təhlükəsizliyi"ni təmin etmək istəyirlər.



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300