Lavrovun mətbuat katibi Ağrı dağının adını niyə Ararat kimi yazdı?

Tarixçi alim Dilavər Əzimli etiraz etdi: "Ermənilərin tarixdə heç dövləti də olmayıb ki, hansısa əraziyə sahib çıxalar” 

 


Ötən gün Ermənistanın paytaxtı İrəvanda səfərdə olan Rusiyanın xarici işlər nazir Sergey Lavrov Ağrı dağının fotosunu çəkib. 

Rusiya XİN rəhbərinin sözçüsü Mariya Zaxarova "Facebook” sosial şəbəkəsində Lavrovun çəkdiyi fotonu paylaşıb və bu sözləri qeyd edib: "Ararat bu gün öz gözəlliyi ilə heyran edirdi. Lavrov özünü saxlaya bilmədi və onun fotosunu çəkdi”. 

Qeyd edək ki, ermənilər Türkiyə ərazisində olan Ağrı dağını Ararat adlandırır və həmin ərazilərin Ermənistan torpağı olduğunu iddia edirlər. Rusiya XİN nümayəndəsinin Ağrı dağını Ararat kimi qeyd etməsi də təsadüfə bənzəmir. 

Görünür, ruslar Dağlıq Qarabağ məsələsində olduğu kimi, Ağrı dağı məsələsində də ermənilərin yanında olmağa çalışırlar və ya ən azı Türkiyəni bu şəkildə qıcıqlandırmağa çalışırlar. Həmçinin, hazırki münasibətlər zəminində, ermənilərdən Türkiyəyə qarşı istifadə etməyə çalışırlar. 

Ermənilərin Ağrı dağı ilə bağlı iddialarına gəlincə, tarixçi alim Dilavər Əzimli bunu absurd iddia adlandırır. Onun sözlərinə görə, bu iddiaların heç bir əsası yoxdur: "Ermənistan ərazisinin tarixinə nəzər salsaq, görərik ki, ilk dəfə ərəblər gələndə bu ərazini "Ərməniyyə” adlandırıblar. Amma Bisutin mənbələrində göstərilir ki, "Ərmən”, "Arman” sözləri Mesopatomiya ərazisindən keçir. Armanları (ərməniləri) o zaman Sasanilər dövründə bu ərazilərə köçürdülər. Onların isə bu ermənilərə heç bir aidiyyatı yoxdur. Ərəblər gələndən sonra bu əraziləri "Ərməniyyə” adlandırdılar. Amma o ermənilərin əhalisinin 90 faizinə qədəri yerli türklər idi. Onlar qədim Urartu mədəniyyətinin varisləri idi, qədim saklar idi. Onlar qədim " iki çay arası” mədəniyyətinin varisləri olaraq həmin ərazilərə səpələnmişdilər. Ərəblər gələndə isə "Ərməniyyə”, Arran  və Azərbaycan canişinliklərini bir canışinlikdə birləşdirdilər. Sadəcə olaraq, indiki ermənilər, özlərinə erməni adı götürən bu bədnam düşmənlər Balkanlardan hərəkət edərək Van gölü ərazilərinə gəliblər. O ərazilərdən keçib burada məskən salıblar. Daha sonra "hay” adını mənimsədilər. Daha sonra "Ərməniyyə” adını götürdülər. Necə ki, yunanlar gəlib, orada qədim mədəniyyətə sahib çıxdılar, eyni şəkildə də ermənilər qədim adı mənimsədilər”. 

Dilavər Əzimlinin sözlərinə görə, bütün orta əsr və qədim tarixi mənbələrdə Ağrı dağı silsiləsinin türk ərazilərinə daxil olduğu qeyd edilir: "Bunu bütün dünya tarixçiləri bilirlər ki, Ağrı dağı Türkiyə ərazisidir. Ermənilərin ortaya atdıqları bu oyunun nəyə xidmət etdiyi hamıya bəllidir. Bu, XIX əsrdən başlayaraq, Osmanlıya qarşı Avropa tarixşünaslığının ortaya atdığı bir xətdir. Onlar erməni adlı bu etnosu şirnikləndirdilər ki, siz buranın daimi nümayəndələrisiniz. Bu tarix sizə məxsusdur. Onların içərisindən gəncləri aparıb xüsusi yetişdirdilər ki, bu sərsəmləmələrlə çıxış etsinlər. indi də ermənilər həmin sərsəmləmələrlə çıxış edirlər. Hətta Ağrı dağının belə, onlara məxsus olduğunu göstərməyə çalışırlar. Əgər belədirsə, o zaman niyə bütün orta əsr mənbələrində bu dağın adı Ararat yox, Ağrı dağı yazılır. Ermənilərin heç dövləti də olmayıb ki, hansısa əraziyə sahib çıxalar”.(musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300