Avtoxuliqan 3 maşına ziyan vurdu (VİDEO)
 
Paytaxtın Nərimanov rayonunda avtoxuliqanlıq edən 23 yaşlı sürücü qəza törədib.

Hadisə nəticəsində xəsarət alan olmasa da 3 avtomobilə ziyan dəyib.

Avtoxuliqanlıq edərək polisdən qaçan sürücü yolun kənarında dayanmış avtomobillərə ziyan vurub.

Yol polisləri paytaxtın Nərimanov rayonu Yusif Səfərov küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində avtoxuliqanlıq edən 23 yaşlı Nurlan Famirliyə "saxla” göstərişini veriblər. Ancaq, sürücü buna məhəl qoymadan avtoxuliqanlıq hərəkətlərini davam etdirib.

Sonra o, Xətai rayonu Sabit Orucov küçəsində hərəkətdə ola-ola özünü avtomobildən ataraq qaçıb. Avtomobil isə yolun kənarında dayanmış digər avtomobillərə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da 3 avtomobilə ziyan dəyib.

23 yaşlı sürücünü polislər hadisə yerindən bir neçə metr aralıda tuta biliblər.

Əraziyə əzilən avtomobildəki sərnişinlərdən birinin səhəti pisləşdiyi üçün əraziyə təcili tibbi yardım çağrılıb.

Hadisə ilə bağlı araşdırma aparılır. 


 
xəzər tv

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300