qulu meherremli

Bu gün Nəsimi rayonu Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun telejurnalist Qulu Məhərrəmliyə qarşı iddiası əsasında məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Q. Məhərrəmlinin vəkili çıxış edərək bildirib ki, Yasamal rayon Məhkəməsində A. Alışanovun Qulu Məhərrəmliyə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilir və həmin prosesdə iş üzrə linqvistik ekspertizanın keçirilməsi qərara alınıb. Vəkil Yasamal rayon Məhkəməsi həmin iddia ilə bağlı qərar qəbul edənə qədər Nəsimi rayon Məhkəməsində olan işin icraatının dayandırılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib.

Qeyd edək ki, A. Alışanov və Qulu Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. A. Alışanov Qulu Məhərrəmlinin mətbuatda onun haqqında yaydığı məlumatla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. O, Qulu Məhərəmlidən 100 min manat tələb edib. Arif Alişanov ərizəsində həmin pulu uşaqlar evinə verəcəyini deyib. Bundan əlavə, Arif Alişanov şərəf və ləyaqətinin təhqir olunduğunu əsas gətirərək  Yasamal Rayon Məhkəməsinə də müraciət edib. O, Qulu Məhərrəmlinin barəsində cinayət işinin başlanmasını istəyib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300