Bu gün Milli Qəhrəmanımız, milliyətçə yahudi olan şəhidimiz Albert Aqarunovun doğum günüdür. Müsavat Partiyasının rəhbərliyi və bir qrup üzvü bu gün səhər Şəhidlər Xiyabanında Albert Aqarunovun, eləcə də Milli Qəhrəmanlarımız Ramiz Qəmbərovun, Çingiz Mustafayevin və digər şəhidlərimizin qəbirlərini ziyarət ediblər. Mərasimdə Albert Aqarunovun İsraildə yaşayan qardaşı Rantık Aqarunov və onun yaxınları da iştirak ediblər.

Müsavat başqanı Arif Hacılı və MSDM-in sədri İsa Qəmbər Albert Aqarunovun vətəndaşı olduğu, doğulub boya-başa çatdığı Azərbaycan üçün canından keçməsinin əhəmiyyətindən danışıblar. "Basta” informasiya portalının redaktoru Mustafa Hacıbəyli Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə Albert Aqarunovun göstərdiyi fədakarlıqdan danışıb. Mustafa Hacıbəyli Albert Aqarunovun sayəsində özünün və digər döyüşçü yoldaşlarının sağ qaldığını bildirib.

Rantik Aqarunov onun qardaşının adını uca tutduqlarına görə toplantı iştirakçılarına təşəkkürünü bildirib və "hamınız mənim qardaşımsınız” deyib.

Allah rəhmət eləsin. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300