SSRİ dövründə qadağan olunmuş kitab Azərbaycan dilində nəşr olunub
 
Aprel ayının 24-də Milli Fikir Mərkəzinin təşkilatçılığı ilə mərkəzin ofisində rus
yazıçı Qriqori Petrovun MFM-in Tərcümə Şöbəsi tərəfindən tərcümə edilən
"Bəyaz zanbaqlar ölkəsində” kitabının təqdimatı keçirilib.

"Bəyaz zanbaqlar ölkəsində” Milli Fikir Mərkəzi və "Kitabıstan” yayınlarının ilk
kitabıdır. Yazıçı əsərdə ilk öncə İsveçin, sonra isə Rusiya İmperiyasının əsarətində
olan Finlandiyada ziyalılarının başladığı aydınlanma hərəkatından, ölkənin inkişafından
bəhs edir.

Təqdimat mərasimini giriş sözü ilə "Kitabıstan”ın koordinatoru, yazar Nicat Həşimzadə
açıb. O, kitab haqqında qısa fikirlərini bildirib:

"Təəssüflər olsun ki, Azərbaycan gəncliyi Kamyunun "İnsanlar ölür və xoşbəxt
deyillər” fikrini öz həyat məqsədlərinə çeviriblər. Onlar nihilizmə qapılırlar. Biz onları
xilas etməliyik. Bu kitab əzilməkdə, batmaqda olan bir xalqın inkişaf yollarını göstərir.

Mənim üçün ən maraqlı gələn obrazlardan biri Keşiş Luka McDonald idi. O, öz dövrünün
din adamlarına qarşı çıxır və bildirir ki, dində islahatlar olmalıdır. Bu, bizdə də vacib
məsələdir.Bu kitab insana çıxış yolu göstərir”.

Daha sonra Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadəyə kitabın Milli Fikir
Mərkəzinin yaranma amalını izah etdiyini bildirib:

"Bu kitab bir xalqın ziyalılarının əl-ələ verərək ölkələrini və xalqlarını bataqlıqdan
çıxardığını göstərir. Bir xalqı onun aydın düşüncəli insanları, ziyalıları xilas edə bilər.
Finlandiyada sahibkarlar da öz xalqı üçün çalışan ziyalılara dəstək verirdi. Beləcə
çöküşə sürüklənən bir ölkə indi bizim adını ilklərdə eşitdiyimiz dövlətə çevrilib.

"Bəyaz zanbaqlar ölkəsində” həm də Milli Fikir Mərkəzinin yaranma amalını göstərir.
Bizim başlıca məqsədimiz gənclərimizin oxuması və öyrənməsidir”.

Kitabın təqdimatında iştirak edən digər qonaqlara da söz verildi. Təqdimatda iştirak
edən keçmiş daxili işlər naziri İsgəndər Həmidov Finlandiya-SSRİ müharibəsi haqda
danışıb və bildirib ki, iki milyon əhalisi olan ölkə bir il SSRİ ilə müharibə aparıb:
"Bunların hamısı vaxtında başladılmış və müsbət nəticələnən aydınlanma hərəkatının
nəticəsidir”.



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300