"O zaman Reyqan bizə "erməni soyqırımı”nı araşdırmağı tapşırmışdı”.
 
Bu sözlər ABŞ Prezidenti Ronald Reyqanın məsləhətçisi Bryus Feysnə məxsusdur. Məhz o bir neçə il bundan öncə Reyqan dövründə "soyqırım” araşdırmalarıyla bağlı fikirlərini səsləndirərək, erməniləri məyus etmişdi.
 
Bryus Feynin fikirlərini  oxucularımıza təqdim edirik:
 
"Reyqanın tapşırığına əsasən, o zaman biz bu məsələ ilə əlaqədar araşdırma apardıq. Həmin vədə Avropa ölkələrinin və Osmanlı imperiyasının indiki hərbi arxivlərində saxlanılan müxtəlif materialları ortaya çıxardıq. Araşdırmalar göstərdi ki, ermənilərin "soyqırım”la bağlı söylədikləri əsassızdır. "Erməni soyqırımı” haqqında nağıllar erməni tarixçilərinin özlərinin təxəyyülü və uydurmasıdır. Unutmaq lazım deyil ki, həmin vədə Türkiyədə bütün etnik və dini azlıqlar türklərin özlərinin şəxsən istifadə etdikləri imtiyazlardan yararlanırdılar. Yunanlar, ermənilər, kürdlər, çərkəzlər, suryanlar, ərəblər və digər azlıqlar həmin dövrdə Türkiyədə kifayət qədər yüksək vəzifə tuturdular. Bu baxımdan ermənilər daha çox imtiyazdan istifadə edirdilər. Birinci Dünya Müharibəsi illərində Türkiyə erməniləri vətənlərini satdılar və Osmanlı İmperiyasının düşməninə sığındılar. Erməni hərbi hissələri Qafqaz cəbhəsində rus ordusu ilə çiyin-çiyinə vuruşurdu. Onlar türk və gürcü kəndlərini talan edir, yandırır, dinc sakinləri öldürürdülər. Nəticədə təxminən 2 milyona yaxın insan həyatını itirdi. Bütün hər şeyə rəğmən Türkiyə tərəfi bizə öz arxivlərindən istifadəyə icazə verdi, amma ermənilər öz arxivlərini göstərməkdən qəti şəkildə imtina etdilər. Mənim fikrimcə, əgər bu arxivləri açmağı bacarsaq, həqiqət üzə çıxacaq. O zaman ermənilər bütün dünya, o cümlədən türklər qarşısında tarixi yalanlarına görə üzr istəməli olacaqlar”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300