Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş rəhbəri, hüquq müdafiəçisi Emin Hüseynov İsveçrədən siyasi sığınacaq alıb.

Virtualaz.org saytı İsveçrə mənbələrinə istinadən xəbər verir ki, Emin Hüseynovun vəkili Marsel Basonnet onun müdafiə etdiyi şəxsin Miqrasiya məsələləri üzrə Dövlət Katibliyindən (SEM) siyasi sığınacaq barədə müsbət cavab aldığını açıqlayıb.

İsveçrə hökuməti Hüseynova "öz ölkəsindəki siyasi vəziyyətə görə” qaçqın statusu verib.

Emin Hüseynov 2014-cü ilin avqustunda RATİ-nin ofisində axtarış aparılarkən qaçıb gizlənmiş və Bakıdakı İsveçrə səfirliyinin binasına sığınmışdı. Onun İsveçrə səfirliyinin binasında gizləndiyi bir neçə aydan sonra rəsmən təsdiqlənib.

Bu ilin iyununda Bakıda I Avropa Oyunlarının açılış mərasiminə qatılan İsveçrənin xarici işlər naziri Didye Burkhalterin xahişi ilə E.Hüseynovun səfirliyi və Azərbaycanı tərk etməsinə icazə verilib.

O, İsveçrə xarici işlər nazirinin təyyarəsində bu ölkəyə aparılıb və orada humanitar əsaslarla bir neçə aylıq yaşayış icazəsi alıb. Daha sonra qaçqın statusu almaq üçün İsveçrə hökumətinə müraciət edib.

E.Hüseynov vergidən yayınmaqda ittiham olunurdu. Azərbaycan hökuməti ilə anlaşmaya əsasən İsveçrə hökuməti onun vergi borcunu da ödəyib.

Virtualaz.org

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300