Qarabağda müharibəyə aparan səbəblər çoxalır

 

Ermənistan rus əsgərlərinin Dağlıq Qarabağda döyüşəcəyini gözləyirdi.

 

Uluyol.info xəbər verir ki, bunu Vesti.az-a müsahibəsində rusiyalı analitik Oleq Kuznetsov deyib.

 

"Ermənistan rus əsgərlərinin Dağlıq Qarabağda döyüşəcəyini və onların vasitəsilə Gəncə və Bakıya hücum edəcəyini düşünürdü. Daha sonra isə bu əraziləri özünə birləşdirib, iqtisadi problemlərini həll etmək istəyirdi. Bir saniyə belə şübhə etmirəm ki, rəsmi İrəvan yatıb yuxuda görürdü ki, Gümrüdəki 102-ci bazadakı rus qırıcıları Suriyada İŞİD-ə qarşı mübarizədə olduğu kimi, Azərbaycanın mövqelərini bombalayır”, - Kuznetsov bildirib.

 

Analitik növbəti əməliyyatlar üçün uyğun gün də verib:

 

"Əminəm ki, Azərbaycan ordusu ilk qələbənin dadından sonra da işğal altındakı Dağlıq Qarabağda Ermənistan hərbçilərinə güclü zərbələr endirməyə qadirdir. Növbəti əməliyyatlar üçün gün də verə bilərəm. Şuşanın işğalı gününü separatçılar Dağlıq Qarabağda bayram kimi qeyd edir. Bu günlərdə adətən cəbhə xəttində vəziyyət gərginləşir. Düşünürəm ki, bu il də qaçılmaz olacaq. Bu, hərbi əməliyyatlara başlamaq üçün ən uğurlu gündür. Çünki Rusiyada azı 3 gün Qələbə bayramı qeyd olunacaq. Azərbaycan 7-10 may tarixlərində öz ərazilərində istədiyini edə bilər. Bundan sonra isə Kremlin "sakitləşdirmə” siyasəti başlayacaq”. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300