"Növbəti xilaskar sayca 13-cü İmam olacaq..."

Dünən moderator.az saytında  yayımlanan "İran camaatı oturub gözləməlidir ki, İmam Mehdi nə vaxt zühur edəcək?” başlıqlı müsahibəmdən sonra ünvanıma gələn sualların ardı-arası kəsilmir (bax: http://www.moderator.az/news/133166.html).

 Düzü indiyədək İmam Mehdi barədə yazmamışdım, bu  mövzuya münasibət bildirməmişdim. Bu da onunla əlaqədardır ki, mənim bu mövzuda bildiyim müəyyən sirlər var ki, o sirlərin açılmasından həmişə  ehtiyyat etmişəm. Çünki, bu mübahisəli mövzudur, fikir bildirəndə  mütləq istər-istəməz kiminləsə mübahisə etməli olursan. Odur ki, mövzudan həmişə kənar qaçmağa çalışmışam. Amma, dünən İran mollasının fikirlərini oxuyanda özümü saxlaya bilmədim... Təssüf ki, yenə də mübahisəli fikirlərlə qarşılaşdım və cavab vermək məcburiyyətindəyəm.

İlk öncə onu deyim ki, 12 imam və peyğəmbərlər, Allah dostları haqdır, inkar olunmazdır. Bir məsələni də diqqətinizə çatdırım ki, bütün peyğəmbərlər öz dövrlərinin imamı olduqları kimi, bütün imamlar (12 imam) da öz dövrlərinin peyğəmbərləri olublar və yaşadıqları dövrdə insanları hidayət ediblər, Allahın vermiş olduğu elmlə insanları doğru yola yönəldiblər. İmamlar əslində peyğəmbərlərin missiyalarını davam etdiriblər və cənnətdəki məqamları da peyğəmbərlərlə eyni mərtəbədədir. Rəbbim Quran-Kərimdə buyurur ki, saysız-hesabsız peyğəmbərlər gəlib-getmişlər, onların bəzilərinin (iyirimi səkkiz peyğəmbərin) həyatlarından Quranda bəhs etdik, qalanlarını da o dünyada olanda tanıyacaqsınız. Həmçinin, qeyd olunur ki, hər bir peyğəmbərin, Allah dostlarının, möminlərin özlərinin dərəcəsi var, onları siz bilmərsinz, Allah bilər (necə ki, hərbiçilərin, elm sahəsində çalışanların...  hamısının özünəməxsus dərəcələri var). İmamların dərəcələri Quranda adı keçən  bir çox peyğəmbərlərin (Lut (ə), Loğman (ə), Yəhya (ə), Yusif (ə) və s.) dərəcəsindən heç də aşağı sayılmaz, bəlkə də bəzilərindən (Məhəmməd salavatullahdan başqa) daha yüksək ola bilər (doğrusunu Allah bilər). 

Məhəmməd əleyhissəlamın: "Məndən sonra ümmətim arasından elə şəxslər çıxacaq ki, onlara hətta peyğəmbərlər və şəhidlər də qibtə edəcəklər” kəlamı da fikrimizi bir daha təsdiq edir. 
Araşdırmalarımız göstərir ki, Fəxri-kainat Peyğəmbərimizdən sonra peyğəmbərlik dərəcəsinə çatan bir çox şəxslər (imamlar, Allah dostları) olsa da, onlar bu Həzrətə hörmət əlaməti olaraq (və təvazökarlıq edərək) heç vaxt dərəcələrini bildirməmişlər. Əksinə, həmişə bunu gizli saxlamağa çalışmışlar. 

O da məlumdur ki, peyğəmbərləri,  imamları, bir sözlə, Allah dostlarını başqalarından fərqləndirən ancaq və ancaq elmləri, imanları və ixlasları (Allahdan qorxmaları) olmuşdur. Onlar Allahın bəxş etdiyi (batini) elm sayəsində öz dövrlərinin  ən savadlı adamları olmuşlar. Bu barədə Allah-təala belə buyurur:

"Şübhəsiz ki, Yaqub onu öyrətdiyimiz (elm  verdiyimiz) üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti Allahın seçdiyi şəxslərə elm verməsini bilməz”. Quran, "Yusif” surəsi, 68-ci ayə.

O ki, qaldı zühur məsələsinə, bir məqamı qeyd edim ki, imamlar hamısı yaşadıqları dövrdə  peyğəmbərlərin missiyasını davam etdiriblər. Həyatda yaşayış davam etdiyindən, imamların davam etdirdiyi  missiyanın  bu gün davam etməsinə zərurət vardır. Belə ki, hazırda Yerdə xeyirlə şər arasında tarazlıq pozulmuş, cahiliyyat, mənəvi pozğunluq, insanların vəhşiləşərək günahsız bəndələrin başlarını kəsməsi... görünməmiş, indiyədək heç olmamış kimi bir  səviyyəyə çatmışdır. Qurandan və tarixi mənbələrdən məlumdur ki, Yerdə belə hallar tüğyan edəndə Allah insanlara bəla (zəlzələ, qasırğa, daşqın və s.) göndərir, Yeri belə yaramazlıqlardan təmizləyir.  Bəla göndərməzdən öncə isə, Allah mütləq bir qulu vasitəsi ilə  insanlara xəbərdarlıq göndərir: 

"Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!”
"Biz bir məmləkəti məhv etmək istədikdə bir nəfərin dili ilə onun naz-nemət içində yaşayan başçılarına Allaha itaət etməyi, zülm etməməyi əmr edərik. Lakin onlar bu çağırışa məhəl qoymayıb pis-pis işlər törədərlər. Beləliklə, o məmləkətə əzab verilməsi haqqındakı hökm vacib olar və onu yerlə yeksan edərik”. Quran, 17:16-17.

Adətən Allah-təala insanlar arasından xəbər göndərmək üçün  seçdiyi şəxsə başqalarında olmayan bir elm bəxş edir. Yəni, o şəxs özündən əvvəlkilər kimi,  ancaq elmi, imanı və ixlası ilə başqalarından fərqlənir ki, bunu da hər kəs görüb dəyərləndirə bilmir... 

Xəbərdarlıqdan söz düşmüşkən,  xatırladım ki, elm və kamillik əsri olan XXI əsrin (21 ədədi "Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd elm və kamillik rəmzi sayılır) 2-ci Qur(b)an bayramı günü (22. o2. 2oo2.) elmi-lədun hesablamalarla  mənə məlum oldu ki, "Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qur(b)an bayramına da şamil olunur!
 Belə ki, bu üç ayədə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: 

"Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: "Yer üzündə  dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz… Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” (bax: "Tövbə” surəsinin ilk üç ayəsinə).

Qurban bayramı üç gün olduğundan, verilmiş dörd aylıq möhlətin 22-24 iyunda bitəcəyini hesabladım.  Bu barədə açıq məktub yazıb, o vaxtkı dövlət başçısına və mətbuat orqanlarına göndərdim (bax: "Hürriyyət” qəzetinin 5 iyun 2002-ci il  tarixli sayına).  

Nəhayət, dörd ayın tamamında -  22 (!) iyunda İranın Azərbaycanlılar yaşayan bölgəsində baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu (həmin gün bir çox yaşayış məntəqələri yer üzündən silindi).

Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin davamı olduğunu zaman-zaman məqalələrimdə və kitablarımda riyazi hesablamalarla sübut etmişəm (bax: müəllifin kitablarına və məqalələrinə). 

22 iyunla (2oo2) bağlı verdiyim xəbərin doğruluğunu sübut etmək üçün daha bir neçə riyazi  dəlil gətirim: elm əsrinin birinci, ikinci və üçüncü Qurban bayramlarının 286-cı günləri – müvafiq olaraq:

- 14 dekabr 2001-ci il;
- 4 dekabr 2002-ci il;
- 24 noyabr 2003-ci il  tarixlərdə Günəş tutulub. 

 Həmçinin, 22 iyun 2oo2-ci il tarixinin 286-cı günü – 3 aprel 2003-cü ildə Günəş tutulub (orjinal Quranın səhifələrinin sayı olan 286 ədədi barədə əvvəlki yazılarımda şərh vermişəm).

Onu da əlavə edim ki, 2-ci Qur(b)an  bayramı günü verilmiş dörd aylıq möhlət başa çatan gün – 24 iyunda Ay tutulması baş verdi.

Bu və digər faktlar 22 iyun tarixinin də Qurban bayramları (tövbə günləri) ilə eyni statusa malik olmasını sübut edir. 

Yuxarıda qeyd etdiyim kimi, 22 iyun 2002-ci il tarixdən etibarən dünyanın günahkarlardan təmizlənməsinə start verilib və bu tarixdən etibarən, dünyada baş verən bütün böyük fəlakətlər biri-biri ilə və 22 iyunla riyazi şəkildə əlaqələnir. Bu əlaqələri sübut edən hadisələri  kitablarımdan və məqalələrimdən oxuya bilərsiniz. 

Oxucuda bir sual da yaranacaq ki, başqa surələrdən fərqli olaraq,  haqqında bəhs etdiyim 9-cu ("Tövbə”) surə niyə "Bismillah”sız başlayır?
Səbəbi budur ki,9-cu surə 22-ci ("Həcc”)  surənin davamıdır! Sözümün sübutu üçün deyim ki, 9-cu surənin yuxarıda qeyd etdiyim ilk üç ayəsini oxuduqda görürük ki, bu gün Qurban bayramı - HƏCC günü olduğu qeyd olunub və doğru yolda olmadıqları insanların nəzərinə çatdırılır. Həmçinin, insanlara TÖVBƏ etmək tövsiyyə edilir (necə ki, Həccdə tövbə edilməlidir).

 Yəni, riyazi dildə desək, Quranda "iyirimi iki" "doqquza" çevrilir. Necə ki, fizikada 22o  gəlib cihazın daxilində 9-a çevrilir (bu barədə növbəti məqalədə). Elə isə:

22 - 9 = 13

Bu düsturun üzərinə təsadüfən gəlib çıxmadıq. Məsələ burasındadır ki, Allahın elm verərək xəbərdaredici (carçı) kimi seçdiyi şəxs əslində 12-ci deyil, sayca 13-cü imamdır. Belə ki, bütün peyğəmbərlər və 12 imam dünyaların dəyişdiklərindən (Quran məntiqinə görə dünyasın dəyişmiş adamın ikinci dəfə dirilib fəaliyyət göstərməsi mümkünsüzdür), onlar ancaq qiyamət günü dirilə bilərlər. Odur ki, məntiqlə növbəti xilaskar (imam) da sayca 13-cü olacaqdır. 
Son dövrlərdə baş verən bütün həyəcanlı hadisələrin Quranın "İldırım” surəsinin sıra nömrəsi olan 13 (!) ədədinə bağlanması da məhz bununla əlaqədardır! 

Bütün gözlənilən həyəcanlı hadisələrdən qorunmağın yeganə yolu TÖVBƏ etmək və saleh əməllərin sayını artırmaqdır. 

"Sənin Rəbbin mərkəzlərinə (böyük şəhərlərinə) ayələrimizi oxuyan bir peyğəmbər (xəbərverən) göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan məmləkətləri yox etdik!" Quran, 28:5

Paşa Yaqub – tədqiqatçı-yazıçı.

Qeyd: müəllifin 13 ədədi ilə bağlı araşdırmalarını bu linkdən oxuya bilərsiniz:

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300