Rusiyanın xarici işlər naziri "erməni soyqırımı” qurbanlarını ziyarət edib

Rusiyanın xarici işlər naziri Serqey Lavrovun Ermənistana iki günlük səfəri başa çatıb. Səfərin yekunlarına dair İrəvanda mətbuat konfransı keçirən nazir Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə halinə maraqlı olduğunu deyib.

Lavrov bildirib ki, Qarabağ münaqişəsi ilə bağlı tərəflərin 1994-cü ildə əldə etdiyi atəşkəs razılaşmasına  əməl etmək vacibdir. Lavrovun sözlərinə görə Rusiya vasitəçi dövlətlərdən biri olaraq, münaqişənin sülh yolu ilə həll olunması üçün əlindən gələni edəcək.

"Biz həmçinin Rusiyanın vasitəçiliyi ilə 2011-ci ildə irəli sürülən həll paketinin reallşmasını vacib sayırıq”, – nazir deyib.

Ukraynanı ilhaq edən, Suriyaya qoşun yeridən və digər bütün münaqişələrdə iştirakçı olan Rusiyanın xarici işlər naziri öz ölkəsini sülhpərvər bir dövlət kimi təqdim etməklə yanaşı, Türkiyənin əleyhinə də danışıb.

Lavrovun sözlərinə görə, aprel ayında Türkiyə Ermənistanla Azərbaycan arasında atəşkəsin pozulduğu dövrdə Türkiyə rəhbərliyi sülhə yox, müharibəyə çağırış edib. "Biz Türkiyə rəhbərliyinin belə hoqqalarına öyrəncəliyik”, – Lavrov deyib.

Rusiyanın xarici işlər naziri həmçini Ermənistanla müttəfiq olduqlarını ifadə etmək üçün "erməni soyqırımı” qurbanlarını ziyarət edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300