ANS şəhid hərçimizin ailəsinin qonağı oldu

Azərbaycan –Ermənistan təmas xəttində baş verən 4 günlük müharibə zamanı vətənə olan sədaqət və sevgisini öz canından üstün tutan və bu yolda şəhid olan hərbçilərimizdən biri kəşfiyyatçı Samid İmanovdur. ANS Neftçala rayonu Həsənabad qəsəbə sakini şəhid Samid İmanovun ailəsinin qonağı olub.

Şəhidin atası Gülağa İmanov oğlu ilə fəxr etdiyini, onun mərdliyi ilə qürur duyudğunu bildirib: "Oğlumun adını Samid qoymuşdum. Elə düşmənin qarşısında da Samid kimi, mərd dayandı."

Adının mənasını həyatının şüarı seçən şəhid kəşfiyyatçımız, başını dik tutdu, zirvəyə ucaldı. Ən yüksək zirvəyə, şəhidlik zirvəsinə. Bu yolda o, qarşısına çıxan bütün maneələri aşaraq yalnız valideynlərinin deyil, həm də vətəninin, doğma torpağının etimadını doğrultdu.

Şəhid Samid İmanov
Şəhid Samid İmanov

Hələ məktəbdə oxuyarkən vətənpərvərliyi ilə həmyaşıdlarından seçilən Samid hər zaman deyərdi ki, insan bu həyata bir dəfə gəlir və bir dəfə də həyatdan gedir. Gedəndə də gərək şərəflə gedəsən. Şəhid olmağı, vətəninə canını fəda etməyi sanki həyat amalına çevirmişdi.

2003-cü ildə Azərbaycan ali hərbi məktəbini bitirdikdən sonra, Türkiyə,Pakistan,İsveçrə və Rumiya kimi ölkələrdə bir sıra kurslara və təlimlərə qatılır. 2004-cü ildən etibarən xüsusi təyinatlı qüvvələrdə qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissə komandirinin müavini vəzifələrində xidmət edir.

Şəhidin bacısının yoldaşı, İlqar Sadıqov Samidin sakit, təmkinli insan olduğunu, ona verilən suallara yalnız bəli, xeyrlə cavab verdiyini söylədi

"Heç vaxt sirr verməzdi. Mən çalışırdım bu son əməliyyatlarla bağlı nə isə soruşum, bir hüquq-mühafizə orqanının əməkdaşı kimi mənə də heç nə deməzdi. Elə yayındırardı. Bircə deyirdi ki, hər şey yaxşı olacaq, torpaqları alacağıq. Gələcək nəslə qoymayacağıq”-deyə şəhidin son sözlərini İlqar Sadıqov bizimlə bölüşdü.

Mayor Samid İmanov xidmət müddəti ərzində müdafiə naziri tərəfindən 6 medalla təltif edilib. Şəhidimizdən 2 yaşlı qızı və 2 aylıq oğlu yadigar qalıb.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300