"Regionda mayeləşdirilmiş təbii qaz (MTQ) layihələrinə iri sərmayələrin yatırılması səbəbindən ABŞ İran-Pakistan-Hindistan qaz borusu layihəsini reallaşdırmağa imkan verməyəcək”. 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İranın  Hindistandakı səfiri Qulamrza Ansari deyib.
 
"İran-Pakistan-Hindistan qaz borusu məsələsinə gəlincə, düşünürəm ki, biz bu layihəni unutmalıyıq. Amerikalılar mayeləşdirilmiş təbii qaz layihələrinə çoxlu sərmayə yatırıblar, onların gələcəkdə Hindistan bazarı ilə böyük planları var və istənilən qaz borusu bu sərmayələrə son qoyacaq. Buna görə də mən bu qaz borusunun ciddi bir layihə olduğunu düşünmürəm. Amerikalılar onun reallaşdırılmasına imkan verməyəcəklər, necə ki, dəfələrlə bunu ediblər”, - deyə səfir qeyd edib.     

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300