138135_res_01

Amerikanın JNS.org portalında dərc edilmiş məqalədə Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanovun fikirlərinə yer verilib. Səfir deyib ki, təmas xəttindəki son döyüşləri qızışdıran tərəf Ermənistan olub.

"Biz bu eskalasiyada maraqlı deyildik. Azərbaycan sülhün əldə edilməsi naminə beynəlxalq dəstək axtarışındadır. BMT Təhlükəsizlik Şurası işğal edilmiş ərazilərin boşaldılmasını tələb edən 4 qətnamə çıxarıb, ancaq Ermənistan bu qətnamələrə əməl etmir və status-kvonu saxlamaq istəyir. İndi dünyada görün nə qədər münaqişə ocaqları va. Bizim münaqişənin fəal müharibəyə keçməməsi üçün ona laqeyd qalmaq yox, Ermənistana təzyiqlər göstərmək lazımdır”-səfir deyir.

Elin Süleymanov qeyd edib ki, hazırda Rusiyanın regionda çəkindirici diplomatik gücü böyükdür. Və Moskvanın iştirakı yaxşıdır. Ancaq Moskvanın roluna dair skeptizmin meydana çıxması üçün hansısa səbəblər də var. Onun fikrincə, birincisi, Ermənistan son illər faktiki olaraq Rusiyanın regiondakı bazasına, forpostuna çevrilib. Ermənistan Avrasiya İttifaqına üzv olduqdan sonra bütün xarici əlaqələrini Moskva ilə koordinasiya edir. Rusiya silah almaq üçün Ermənistana 200 milyon dollar güzəştli kredit ayırıb.

"Biz isə Rusiyadan nə alırıqsa bazar qiymətinə alırıq. Ermənistan subsidiyalarla, yaxud pulsuz alır. Bu məsələni Azərbaycan Rusiyanın qarşısında qaldırıb. Biz Moskvanın iştirakını istəyirik. Ancaq hərtərəfli nizamlamanın formalaşdırılması üçün sadəcə olaraq bir tərəfin iştirakı ilə qane ola bilmərik. Bizə balanslaşdırılmış nizamlama variantının əldə edilməsi üçün Rusiyanın, Fransanın və Birləşmiş Ştatların iştirakı lazımdır”-Azərbaycan səfiri bildirib. (virtualaz.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300