Deputatın karyerasında qırılma nöqtəsi – Məhkəmə

Deputat Elmira Axundova üçün seçkidən sonrakı dövr qanqaraçılıq oldu.

Uluyol.info Vizual.az -a istinadən xəbər verir ki, oğlu Həbib Axundovla onlardan şikayətçi olan bir qrup vətəndaş arasında məhkəmə çəkişməsinin ictimailəşməsi mandat sevincini ürəyində qoydu.

Bu həm onun reputasiyasına zərbə vurdu, həm də karyerası üçün qırılma nöqtəsi oldu. İddialara görə, xanım millət vəkilinə bu, sonuncu verilmiş şansdır və növbəti seçkilərdə deputat olacağı gözlənilmir. Hər halda Axundova üçün ürəkaçan mənzərə deyil.

İddialara görə, oğlu ilə bağlı qalmaqalın mediada işıqlandırılması deputatı narahat etməyə başlayıb və bəzi saytlardan xəbərləri yığışdırmağa çalışıb.

Ancaq azadliq.info yazıb ki, deputat və oğlunun hər birindən 600 min manat kompensasiya tələb edən iddiaçılar onların böhtan və təhqirə görə cəzalandırılmasını tələb edir.

Elmira Axundovaya qarşı iddianın səbəbi onun "Üç nöqtə” qəzetində dərc olunmuş müsahibəsidir. Oğlu Həbib Axundov isə Whatsapp mesajına görə məhkəməyə verilib. Həbib Axundovun onlardan külli miqdarda pul alıb qaytarmadığını iddia edən şikayətçilər məhkəməyə təqdim etdikləri ərizədə göstəriblər ki, sözügedən Whatsapp mesajında Həbib Axundov onları təhqir edib. Iddiaçılardan Ziya Vəliyevə göndərilən mesajda belə yazılıb.

Deputat və oğluna qarşı iddiaya Yasamal Rayon Məhkəməsində hakim Zəfər Quliyev baxır. Aprelin 19-da keçirilən məhkəmə iclasında Həbib Axundovun nümayəndəsi Afət Qazıyeva bildirib ki, təhqir və böhtan xarakterli mesajın göndərildiyi telefon nömrəsi Həbib Axundova məxsus deyil. Vəkil qeyd edib ki, qarşı tərəf həmin nömrənin Həbib Axundovun istifadəsində olduğunu sübut etməlidir.

İddiaçıların nümayəndəsi Tahir Əlirzayev həmin nömrənin Həbib Axundova məxsus olmadığı barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirib. Qeyd edib ki, Həbib Axundov iddiaçılarla dəfələrlə məhz həmin nömrə ilə əlaqə saxlayıb. Vəkil bu məsələnin "Azercell”lə dəqiqləşdirilməsinin vacib olduğunu deyib.

"Qanunda göstərilib ki, tərəflərin sorğularına cavab verilməsə, məhkəmə öz səlahiyyətlərindən istifadə edib, həqiqətin üzə çıxarılması üçün bu məsələdə onlara yardım etməlidir. Xahiş edirik, ya ”Azercell” üçüncü tərəf kimi prosesə cəlb olunsun, ya da şirkətə sorğu göndərilsin”, – deyə vəkil vəsatət qaldırıb.

Lakin hakim vəsatəti təmin etməyib. Bu qərar da qalmaqala səbəb olub. Iddiaçılar və nümayəndə məhkəmənin bu işə obyektiv və ədalətli yanaşmadığını vurğulayaraq, hakim Zəfər Quliyevə etiraz vermək qərarına gəlib. Tahir Əlirzayev etirazı hazırlamaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi aprelin 21-də davam edəcək. Xatırladaq ki, bir qrup şəxs Həbib Axundov tərəfindən aldadıldıqlarını iddia edir. Bununla əlaqədar Bakı şəhər Baş Polis Idarəsində araşdırmalar aparılır. Elmira Axundova isə bildirir ki, həmin şəxslər pulu Həbib Axundova yox, Elnur Ibrahimova veriblər, onun da barəsində axtarış elan olunub.

Qarşı tərəfi dinləməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300