Real Vətəndaş Hərəkatının sədri, vicdan məhbusu İlqar Məmmədov aprelin 22-də həbsdən azad oluna bilər. Şəki Apelyasiya Məhkəməsi qəfildən İlqar Məmmədovun şikayəti üzrə məhkəmə prosesini aprelin 22-nə təyin edib. Bu haqda "Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

Qeyd edək ki,  Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyasının ilk günündə – aprelin 19-da qurumun sədri Pedro Aqramunt Azərbaycanda "siyasi məhbus” adlandırılan şəxslərin azad edilməsindən danışarkən "Avropa Məhkəməsinin qərarının olmasına baxmayaraq,  2013-cü ilin fevralından həbsdə olan İlqar Məmmədovun işi ilə bağlı məsələnin həll olunması istiqamətində mən Azərbaycan hakimiyyəti ilə danışıqları davam etdirəcəm”, –deyə bildirmişdi.

Bundan əvvəl Pedro Aqramunt həmçinin həbsxanada İlqar Məmmədovla görüşmüşdü.

İlqar Məmmədovun Appelyasiya şikayətinə baxılması qeyri-müəyyən vaxta təxirə salınmışdı. İndi qəfildən məhkəmənin təyin olunması və müdafiə tərəfinə proses barədə məlumatın rəsmi bildirişlə yox, təcili surətdə mobil telefonla çatdırılması İlqar Məmmədovun məhkəmə zalından azad olunacağı haqqında ehtimalı gücləndirib.

Qeyd edək ki, İlqar Məmmədovun məhkəmə işi ilə Müsavat başqanının müavini Tofiq Yaqublunun işi paralel aparılıb. Aprelin 22-də Tofiq Yaqublunun şikayəti üzrə də məhkəmə prosesi keçiriləcək. Bu gün Şəki Apelyasiya Məhkəmisindən Tofiq Yaqubluya da zəng vuraraq, onu prosesə dəvət ediblər.

Mustafa Hacıbəyli, Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300