Aprelin 21-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrəvana gələcək və Qarabağın nizama salınması üzrə "hiyləgər planı” təqdim edəcək.

 

Publika.az xəbər verir ki, bu barədə "armenianreport” saytı yazıb.

 

Sayt qeyd edir ki, bu planda Qarabağın Ermənistandan alınaraq Azərbaycana verilməsi var: "Rusiya Cənubi Qafqazda möhkəmlənməyi düşünür. Baxmayaraq ki, onun Ermənistanda iki hərbi bazası var, NATO-nun Şərqə doğru genişlənməsi Moskvanı narahat edir. Kreml Azərbaycan ərazisində öz hərbi bazasını yarada bilməz. Çünki onun rəhbərliyi öz suverenliyini prinsipial şəkildə qoruyur. Ərazi güzəşti haqda danışan yalnız Ermənistan rəhbərliyidir”.

 

Sayt yazır ki, Lavrovun planına görə, ərazilər Azərbaycana qaytarılır: "Burada bizə Dağlıq Qarabağın saxlanıldığı deyilsə də, yalandır. Nəticə etibarilə bütün ərazilər sonda Azərbaycanın olacaq”.

 

Sayt diplomatik mənbələrə istinadən qeyd edir ki, Dağlıq Qarabağa gedən Serj Sərkisyan da ərazilərin qaytarılması ilə bağlı məsələni yerli komandanlıqla müzakirə edib: "Güman ki, Sərkisyan hərbiçilərə yaxın günlərdə geri çəkilməklə bağlı təlimat verib və əhalinin çıxarılması məsələsini müzakirə edib. Bu, Lavrovun "hiyləgər planı”dır və bizim rəhbərliyimiz onun qarşısında boyun əyir”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300