İrəvanda Rusiya əleyhinə izdihamlı aksiya olub - VİDEO, FOTOLAR
 
Ermənistanın paytaxtı İrəvanda izdihamlı yürüş-mitinq keçirilib. Musavat.com bu barədə
Ermənistan mətbuatına istinadən məlumat verir. Aksiyada qondarma "Dağlıq Qarabağ
Respublikası”nın "bayraqları və "Levon Ayrapetyana azadlıq” plakatları qaldırılıb. 

Hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşlarının iştirakı ilə baş tutan
aksiyada iştirakçılar ötən həftə erməni biznesmen Levon Ayrapetyan
barəsində hökm çıxaran Moskvanın Zamoskvoretsk rayon məhkəməsinin
qərarına etiraz edib. Xatırladaq ki, erməni milyarder dələduzluqda ittiham
edilərək 4 illik həbsə məhkum edilib. O, Rusiyada 700 min dollar vəsaiti
mənimsəməkdə təqsirli bilinir. Vəkillər 2-ci qrup əlil olan Ayrapetyanın
bir neçə dəfə infarkt və insult keçirdiyini, üstəlik xərçəng xəstəsi olduğunu
iddia edirlər.



Bugünkü aksiyanın iştirakçıları Respublika meydanından xarici işlər nazirliyinin
binasına, oradan isə Rusiyanın səfirliyinə qədər yürüş edərək tələblərini təqdim
ediblər. 

Panorama.am xəbər verir ki, etirazçılar XİN-dən təcili şəkildə Moskvadakı
kolleqaları ilə əlaqə yaradıb Ayrapetyanın azadlığına nail olunmasını istəyiblər.
Aksiyaçılar arasında L.Ayrapetyanın qızı da olub.  Rusiyanın səfirliyinə təqdim
olunan məktuba isə Ayrapetyanın azad olunması üçün toplanın15 min imza
da əlavə olunub

Xatırladaq ki, dünyanın əfv varlı erməniləri siyahısında olan L.Ayrapetyan
Dağlıq Qarabağdakı separatçı rejimin əsas  sponsorudur. Məlumata görə, o,
Başqırdıstanın sabiq senatoru İqor İzmestyevin anasından hökmün
yumşalmasında kömək üçün 700 min dollar götürüb, ancaq real olaraq hökmə
təsir etməyi bacarmayıb. "Başneft” işi ilə əlaqədar mənimsəmə və çirkli pulların
yuyulmasında ittihamı ilə 2014-cü ilin iyul ayında həbs olunub. Keçən il
sentyabrın 16-da başqa yerə getməmək şərti ilə ev dustaqlığına buraxılıb.

Ermənistanın və Qarabağdakı separatçı rejimin ağır günlərində milyarderin
Rusiyada həbs olunmasını ermənilər özlərinə qarşı böyük zərbə sayırlar. 

Cavid TURAN
Musavat.com

 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300