"Dörd günlük müharibə Ermənistana alçaldıcı hərbi məğlubiyyət gətirdi”.

Virtualaz.org bildirir ki, bunu tanınmış erməni analitiki İqor Muradyan özünün Lragir.am saytındakı daimi guşəsində yazıb.

"Bir müddət əvvəl Vladimir Putinin müşaviri mənə demişdi ki, Qarabağın ABŞ tərəfindən cüzi də olsa tanınması ermənilər üçün fəlakətlə nəticələnəcək. Görünür, Ermənistan hakimiyyəti bu məntiqlə yaşamaqda davam edir.

Ermənistan hakimiyyəti zəif və qorxaqdır, xarici siyasət yürütmək iqtidarında deyil. Müxtəlif rus generalları tez-tez Yerevana gəlir və öz ölkələrinin mövqeyini möhkəmləndirirlər”, -deyə İ.Muradyan yazır.

Politoloq əmindir ki, Rusiya Ermənistanı alçaldıcı məğlubiyyətə uğradıb və onu itaətkar boyunduruğuna salaraq elə bir vəziyyətə salıb ki, harada göstərsə, orada dursun: "Nə təklif olunur? Növbəti yalan. Ruslar ermənilərə, yazərbaycanlılara silah satmalarını arqumentləşdirmək üçün, yenə silah təklif edirlər.

Ermənilər bu məsələni beynəlxalq səviyyədə qaldırmadılar, yaddan çıxardılar.

Ermənilər təkcə döyüş meydanında uduzmadılar, onlar daha böyük miqyasda uduzdular və gülünc kukla vəziyyətinə düşdülər”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300