Əbül-Həsən bin Sai isə, "Mərifət – hər durumda qulun Allah-təalanın verdiyi nemətlərə şükr etməkdə aciz qaldığını, gənc və güclü zamanlarında da zəif olduğunu bilməsi ilə əldə olunur” demişdir. Allah-təalanı qəlb və ruhla tanıyıb bilməyə mərifətullah da deyirlər. "Sülük-ül-Ulema” adlı əsərdə keçən bir hədisi-şərifdə: "Elmlərdən öylələri vardır ki, onları ancaq mərifətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xəbər verdikləri zaman mərifətullaha sahib olmayanlardan başqası onları inkar etməz” buyrulmuşdur. Məhəmməd Məsum bu dünyada ən qiymətli şeyin mərifətullaha qovuşmaq olduğunu bildirmiş; İmam Rəbbani qəlbində xardal dənəsi boyda dünya məhəbbəti bulunan kimsənin mərifətullaha qovuşmayacağını ifadə etmişdir. Hadimi həzrətləri: "Mərifətullah bilgiləri kəşflə və ilhamla hasil olur. Müəllimdən öyrənilməz. İbadətlərin yapılması və bütün şəriyət bilgiləri isə ustaddan öyrənməklə əldə edilir” – demişdir. İnsanın görünməyən və aləmi əmirdən olan qəlb, sirr, ruh kimi dəyərləri mövzu edən elmə qısaca könül – yəni, qəlb; ruhla bağlı elmə ELM-İ BATİN (və yaxud ELMİ-LADUN) deyilir. Deyleminin rəvayət etdiyi bir hədisi-şərifdə "Elm-i batin Allah-təalanın sirlərindən bir sirdir. Onun hökümlərindən bir hökümdür. Dilədiyi qulunun qəlbinə salar.” - buyrulmuşdur. Şəhabəddin Şührəverdi: "Elm-i batin (elm-i ladun) ilə qulun Allah-təalaya yaxınlığı artar. Bu elm Allah adamı deyilən vəlilərin və talibləri ona qovuşduran, doğru yolu qüvvətləndirən və insanlara doğru yolu göstərən alimlərin söhbətlərində qazanılır. Bu alimlər peyğəmbərlərin varisləridir” – demişdir. Genel olaraq elm elmi-hüsuli və elmi-hüduri deyə iki qurupa ayrıla bilir. 1) Elmi-hüsuri alimlərin söhbət və dərslərində bulunaraq, zəhmətlə əldə edilən bir elmdir. 2) Elmi-hüduri isə, bu cür çalışmadan, Allah-təalanın ehsan etməsiylə qazanılan elm, vəhyi elm deməkdir ki, bu elmə elmi ladunni də deyilir. Peyğəmbərimiz buyurmuşdur: "Elmi ilə əməl edənə Allah-təala bilmədiklərini də bildirər.” Əbül Əsəd ed-Dueli: "Heç bir şey elmdən üstün deyildir. Çünkü, sultanlar insanlara hökm edirlər; alimlər isə, sultanlara hökm edirlər.” – demişdir. Loğman Peyğəmbər də oğluna bunu söyləmişdir: "Ey oğlum! Dünyanın sevinc və nəşələrini təcrübə etdim, elmdən ləzzətli bir şey tapmadım.” Sonra isə: "Dərvişlər, fəqir və yoxsullar elm sayəsində sultanlar süfrəsində otururlar” – demişdir. Abdullah Dəhləvi isə "İnsanın qəlbini genişləndirən şeylərdən biri elmdir” – demişdir. (Övliyalar ensiklopediyası kitaından) Bu mövzuda Qurani-Kərimdə keçən ayələrdən birində buyrulur: «Şübhəsiz ki, Yəqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!» Quran, 12:68 (c)Allahın aciz qulu - Paşa Yaqub

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300