İstanbulda hakim Ədalət və İnkişaf partiyasının (AK Parti) binasına hücum olub.
Trend-in "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə əsasən, binanın arxa tərəfdə yerləşən bağçasına naməlum şəxslər partlayıcı maddə atıblar.
Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Xüsusi təyinatlı dəstələr araşdırma aparır.