«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!»  "Quran”, 30:21

Əvvəlki məqalələrimdən (və kitablarımdan) gördüyünüz kimi, elmin bir çox sahələrini (fizika, kimya, astronomiya, anatomiya, biologiya, daktiloskopiya və s.) elmi-lədun yolu ilə araşdırıb, kəşflər etmişəm. Araşdırdığım sahələrdən biri də tibb (biologiya) elmidir. Apardığım tədqiqatlardan belə qənaətə gəldim ki, insanların (əsasən qadınların) tənha yaşaması stress, əsəb gərginliyi yaradır ki, bu da onlarda erkən qocalmaya və bir çox daxili xəstəliklərin yaranmasına səbəb olur. Və bir hikməti də aşkar etdim ki, bütün bunlar insanların YARADILIŞ QANUNLARINA riayət etməmısindən doğur. Yəni, Allah insanı (cinsləri) yaradarkən onların yaşam tərzini müəyyənləşdirən qanunlar (qaydalar) müəyyən edib (necə ki, alimlər icad etdikləri texnikanın işləməsi üçün teniki pasport deyilən bir kitab da yazırlar). Çox təssüf ki, bu gün insanlarımız məişət cihazlarında problem yaranmaması üçün onların texniki pasportlarına ciddi riayət etdikləri halda, öz "texniki paspor”tlarına – "Quran”a bir dəfə də olsun nəzər salmırlar və onun göstərişlərinə uyğun yaşamırlar. Bu da onlarda stresin, əsəb gərginliyinin, nəticə etibarı ilə də bir çox xəstəliklərin yaranmasına səbəb olur. 

Məsələn, Allah-təala "Quran”da buyurur ki, boşanan qadınlar üç aydan, əri rəhmətə gedənlər isə, dörd ay on gündən (3 ay + 40 gün = 130 gün) sonra ərə getsinlər:

"Boşanan qadınlar üç dəfə heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib, gözləməlidirlər. Əgər o qadınlar Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz”. "Quran”, 2:228

"Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün başqa ərə getməyib özlərini gözləməlidirlər. Bu müddət tamam olduqda, artıq onların öz barələrində şəriətə müvafiq surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklərinizin hamısından xəbərdardır!”  "Quran”, 2:238

İndi gəlin görək bu gün bu tapşırığa əməl edən varmı? Bir çox hallarda həmin qadınların uşaqları olduğundan ya özləri könüllü, ya da ətrafdakıların təzyiqi ilə təkrar  ailə qurmamağa üstünlük verirlər. Beləliklə də tənhalığın və həyatlarındakı çatışmazlığın stressindən bir çox daxili xəstəliklərə və erkən qocalmaya səbəb olurlar. Və yaxud da bir çox hallarda onlar öz bioloji təlabatlarını kənarda (zina yolu ilə) ödəməyə çalışırlar. Bu halda da həyəcan, stress və qazanılan günahlar insanı mənən çökdürür və ümumilikdə cəmiyyətin mənəvi aşınmasına, çökməsinə gətirib çıxarır (indiki kimi).  
Araşdırmalarımız göstərir ki, bütün bu anormallıqların kökündə qanunların düzgün tərtib olunmaması (yaradılış qanunlarının nəzərə alınmaması) dayanır. Belə ki, qanunverici orqanlarımız  heyvanlar haqqında qanun qəbul edərkən, onların bütün xüsusiyyətlərini (balalama dövrü, ovlama dövrü və s.) nəzərə aldıqları halda, insanlar üçün qəbul etdikləri qanunda bu xüsusiyyətlər nəzərə alınmır.
 Belə ki, bildiyimiz kimi, bütün dövrlərdə və cəmiyyətlərdə qadınların sayı kişilərinkindən daim üstün olur. Bundan əlavə isə, qadın cinsindən olanlar 15 yaşdan sonra yetkinliyə çatırlar və ailə qurmağa can atırlar (və yaxud bioloji təlabatlarını ödəməyə meyilli olurlar). Qadınlarda hətda 70-80 yaşda da ailə qurmaq şansı yaranarsa, bu onlarda problem yaratmır (fiziki cəhətdən buna qadir olurlar). Kişilərdə isə, bu belə deyildir. Onlar adətən 20 yaşdan sonra ailə qurmağa meyl edirlər (əgər maddi imkanları yol verirsə). 60 yaşdan sonra isə, kişinin ailə qurması fiziki cəhətdən nadir hallarda mümkün olur. Bütün bu və digər (kişilərin ruzi dalıycan, hərbiyə və s. getmələri) faktları nəzərə alanda görürük ki, bütün cəmiyyətlərdə ailə qurmaq istəyən qadınlarla kişilər (tələblə təklif) arasında ən azı üç-dörd dəfə fərq olur. Yəni, hər kişiyə azı 3-4 qadın düşür. Məhz buna görə də hər şeyi qabaqcadan görən və problemləri nəzərə alan Rəbbim bir kişiyə zərurət yaranarsa, dördə qədər qadınla evlənməyə icazə verir:

"... sizə halal olan (bəyəndiyiniz)  qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər onlarla  ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər azad qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa daha yaxındır.”    "Qadınlar” surəsi, 3-cü ayə.

İndi gəlin görək qanunverici orqanlar bu yaradılış qanunlarını nəzərə alırlarmı? Nəzərə alsaydılar hər halda cəiyyətimizdə bugünkü anormallıqlar (fahişəlik, zinakarlıq, qadın ticarəti və s.) yaşanmazdı. Görün cəmiyyətdəki əxlaqsızlıq, pozğun həyat tərzi  necə acınacaqlı vəziyyətə çatıbıb ki, hətta dövlət yetkilisi Ombudsman Elmira Süleymanova da SOS siqnalı çalmaq məcburiyyətində qaldı! 

Oxucuda haqlı sual yaranacaq ki, parlamentlər niyə bu yaradılış qanunlarını nəzərə almırlar? Almayanda bu cür pozğun həyat yaşayırıqsa, bəs alsalar nə baş verər?

Araşdırmalarımız göstərir ki, dünyada qadın ticarətinə nəzarət edənlər Avropada oturan və beynəlxalq fondlara rəhbərlik edənlərdir (!). Onlar demokratiya adı altında   ikinci, üçüncü qurup ölkələrin parlament seçkilərinə qrant ayırmaqla, yaxud öz nüfuzlarından istifadə edərək birbaşa idarəçilərə təsir etməklə, qanunların yaradılış qanunları ilə uzlaşdırılmasına (uyğunlaşdırılmasına) heç vəclə imkan vermirlər. Çünki, bu halda "tələblə təklif” bərabərləşər, qadın artıqlığı yaranmaz. Beləliklə də dünyada qadın ticarətinə böyük zərbə dəyər (qadınların sayı artıq olmasa və onlar öz təlabatlarını ödəməyə yollar axtarmasalar qadın ticarətinə də şərait yaranmaz). 

Heç öz-özünüzə sual vermisinizmi: Avropada oturan və özünün şəxsi fondu olan filankəsə (ad çəkib mübahisə yaratmaq istəmirəm) nə düşüb ki, Azərbaycana və digər bu qəbildən olan dövlətlərə milyardlarla dollar pul ayırır? O bu pulları haradan alır və verdiyini necə, hansı yolla çıxarır? Axı bu cür böyük fondların, milyardların üstündə oturan adamlar adətən gəlirini-çıxarını hesablayan adamlar olurlar (gəlir-çıxarını bilməyən adam milarder ola bilməz). Hansısa bir avropalının müsəlman dövlətlərin əhalisinə yazığı gəldiyindən səxavət nümayiş etdirdiyinə və milyardları ehsan etdiyinə inanacaq qədər sadəlövh deyilsiniz hər halda (belədirsə, onda mənim sizə yazığım gəldi).
Əslində onlar bu pulları xərcləyib bir çox dövlətlərin qanunverici və idarəedici orqanlarında öz adamlarını yerləşdirirlər və onlar vasitəsi ilə qanunların qəbuluna təsir göstərirlər.

Heç öz-özünüzə sual vermisinizmi niyə Avropa və oradan yönləndirilən (təsir dairəsində olan) dövlətlərin qanunlarında bir kişinin saysız-hesabsız qadınlarla (yaxud qadının çoxlu kişilərlə) qeyri-rəsmi (!) şəkildə (vətəndaş nigahı adıyla) birgə yaşamasıına icazə verildiyi halda, rəmi (qeydə alınmış) şəkildə buna icazə verilmir? Bu ona bənzəmirmi ki, ağacdakı meyvəni oğurluq yeyə bilərsən, amma icazəli (rəsmi, halal) yeyə bilmərsən (?). Bu anormallıq deyilmi? 

NİYƏ? NƏ SƏBƏBƏ BELƏDİR?

Səbəbi odur ki, əgər buna rəsmi icazə verilərsə, bekar (ərsiz) qadınların sayı azalar və bu da qadın ticarətinə zərbə vurar (!). İndi sizə aydın oldumu ikinci, üçüncü qurup ölkələrə öz fərdi fondundan milyardlarla pul buraxan adamlar bu pulu haradan və necə qaytarırlar? Məhz QADIN TİCARƏTİNDƏN! 

Bu gün biz (və bir çox cəmiyyətlər) bunun acılarını yaşamaqdayıq. Cəmiyyətimiz ombudsmanın dediyi kimi (daha da artıq) əxlaq faciəsi ilə üzləşib. Qadınlarımız rəsmi şəkildə  ailə qurmaqda çətinlik çəkdiklərindən, öz bioloji təlabatlarını qeyri-rəsmi (zinakarlıqla) ödəmək məcburiyyətində qalırlar. Bu da yuxarıda qeyd etdiyim kimi, stresə, əsəb gərginliyinə və bir çox xəstəliklərin yaranmasına, cəmiyyətin pozulmasına gətirib çıxarır...

Amma insanlarımız (əsasən də qadınlarımız) nəzərə alsınlar ki, Allah hər bir çətinlikdən çıxmaq üçün yollar qoyub. Yəni, sizin bəyəndiyiniz kişiylə nigahınıza dövlət qanunları rəsmi icazə vermirsə (qeyri-rəsmi əlaqəyə icazə verir), onda heç olmasa əlaqənizi Allahın kitabına uyğun qurun: (ən azı) iki nəfər etibarlı şahid tutun və onların qarşısında ər-arvad olduğunuzu elan edin və üzərinizə  şəriətə müvafiq ər-arvadlıq məsuliyyəti götürün. Bu cür nigahı dövlət tanımasa da heç olmasa Allah dərgahında qəbul ediləcək və siz biri-birinizə halal olacaqsınız. Bu nə qədər yaxşı olmasa da hər halda zinakarlıqdan (günaha batmaqdan, qorxu, həyəcan keçirməkdən) çox yaxşıdır!

 "... İçərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün doğru şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən bir çıxış yolu əta edər”. "Quran”, 65:2
 
 
Tədqiqatçı-yazar: Paşa Yaqub

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300