Yaşar Türkazərin 60 illik yubileyi qeyd edildiAprelin 17-də Yaşar Türkazərin doğum gönüdür. Milli-azadlıq hərəkatının simvollarından biri və bayraqdarı olan Yaşar Türkazərin 60 illik yubileyi bu gün Müsavat Partiyasının qərargahında qeyd edildi. Çay süfrəsi atxasında düzənlənən qeyri-rəsmi məclisdə Yaşar Türkazərin dostları toplaşmışdı.

Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Məclisin sədri Nüşabə Sadıxlı, Divan üzvləri Alya Yaqublu, Rafiq İsmayıl və Osman Kazımov, AXP sədri Pənah Hüseyn, Rəsulzadə irsinin araşdırıcıları Nəsiman Yaqublu və Nəcibə Bağırzadə, MNTK üzvləri Baba Allahnəzərov və Xuraman Bağırova, Məclis üzvləri Sərəncam İbrahimli və Mustafa Hacıbəyli və digərləri Yaşar Türkazəri təbrik etdilər, onun özünə və ailəsinə səmimi arzularını çatdırdılar.

Çıxışlarda qeyd edildi ki, Yaşar Türkazər milli-azadlıq hərəkatı başlayan andan bu günədək daim mübarizənin önündə olub. Hələ sovet hakimiyyəti dövründə müstəqillik uğrunda mübarizə dərnəklər səviyyəsində aparılarkən, Yaşar Türkazər dərnəklərdə fəaliyyət göstərib. Müstəqillik uğrunda ilk mitinqlərin keçirildiyi dövrdə meydana Azərbaycanın üçrəngli bayrağını ilk olaraq gətirən şəxs olub. Azadlıq mübarizəsinin döyüş meydanına keçdiyi dövrdə könüllü olaraq Qarabağa – cəbhə xəttinə gedib və səngərdə olub. Mübarizənin təşkilatlanması dövründə AXC-nin və Müsavatın yaradılmasında iştirak edib. Demokratiya uğrunda mübarizənin də daim önündə gedib, dəfələrlə həbs edilib, təqiblərə məruz qalıb, amma əqidəsindən geri çəkilməyib.

Azərbaycanın müstəqilliyi, bütövlüyü və demokratikləşməsi məsələsində hər zaman birmənalı mövqeyi olub. Mənəviyyat məsləsində isə öz unikal fikirləri ilə seçilib.

Arif Hacılı Yaşar Türkazərə partiya adından təbrik palketi təqdim etdi. İsa Qəmbər isə bayraqdara Müsavatın döş nişanını hədiyyə etdi.

Sonra söz yubilyarın özünə verildi. Hamıya təşəkkürünü bildirən bayraqdar bu dəfə də unikal bir çıxış etdi. O, özünün publisistik əsərlərinə istinadən Vətən və Millət yolunda mübarizənin önəmindən danışdı.

Yaşar Türkazər özünün yazdığı manifesti də səsləndirdi:

Dedilər, başını aşağı sal işini gör.

Dedim ki, işimi görəndə başımı düz tuturam.

Dedilər, palaza bürün, elnən sürün.

Dedim, nə bürünməyi bacarıram, nə də sürünməyi.

Dedilər, hamı necə, sən də elə.

Dedim, hamı kimi olsam, özüm olmaram.

Dedilər, millətin dərdi sənə qlıb?!

Dedim, bəs kimə qalıb???

Dedilər, bir gün zopa və təpik altında öləcəksən.

Dedim, Vətən və Millət yolunda qurban getməyən baş ağır yükdür.

Dedilər, sənin körpə balan var.

Dedim, onun özü də adı kimi Vətənin və Millətin bir zərrəsidir.

Dedilər, fikirlərini özündə saxla.

Dedim, yayılmayan fikir barsız agacdır.

Beləliklə, bütün tənələrə və təpkilərə baxmayaraq, qutsal savaşımı davam etdirirəm”.

Şanlı bir həyat sürən Yaşar Türkazərə arzuladığı, uğrunda canını fəda etdiyi azad, bütöv və firavan Azərbaycanda uzun ömür arzulayırıq.

Mustafa Hacıbəyli, bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300