"Quran”ın 13-cü surəsi «Göy Gurultusu» adlanır.. Surədə deyilir: 

«Göy gurultusu Onun şəninə təriflər deyir. O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən, onlara istədiyini vurar. Allahın cəzası şiddətlidir!» "Quran,”13:13

Göy gurultusunun enerji prosesi olduğu və həyəcan yaratdığı hamıya məlumdur "Quran”da 13 rəqəmi altında özünü büruzə verən enerji və həyəcan  kimya elmində də eynilə (13 rəqəmi altında) büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 13-cü  (!) elementi Alüminiumdur. Elektrik ötürmə qabiliyyəti yüksək olduğundan, Alüminium energetika (!) sənayesinin özəyini təşkil edir. 

13 rəqəmi "Quran” və kimyada olduğu kimi, fizika elmində də öz hikmətini göstərir. Yəni, bu ədəd  fizikada  da həyəcan rəmzi sayılır. Təsadüfi deyildir ki, hidrogen atomunun enerji qəbul etməmiş (həyəcanlanmamış) yükü 13 EV-dur. Hidrogen atomu enerji qəbul etdikdə həyəcanlanır (13-ü keçir) və yükünü ötürməklə boşalır. 

13 ədədində olan həyəcan kimya, fizikada olduğu kimi, biologiya elmində də özünü büruzə verir. Belə ki, 
İnsanlar arasında bəd xəbərin tez yayılması da həyəcanlanma ilə bağlıdır. Çünki, bəd xəbərin enerji yükü mənfi olduğundan, onu qəbul edən insan həyəcanlanır və yükünü ötürməyə çalışır. Bu halı atomun və təbiətin həyəcanlanması (göy gurultusu) ilə müqayisə etdikdə, çox böyük oxşarlıq görünür. 
Burada diqqət çəkən digər maraqlı məqam ondan ibarətdir ki, insanın qəbul etdiyi həyəcanlı informasiyaya ilk reaksiyanı bağırsaq verir (qorxulu xəbər alan insanın mədəsində spazma yaranır və bağırsağa sancı ötürür).  Diqqətinizə çatdırım ki, həyəcana ilk reaksiya verən orqanın (bağırsağın) uzunluğunun hər bir insanda 13 (!) metr olduğunu artıq biologiya (o cümlədən tibb) elmi qəbul etmişdir...
Həmçinin, təbiət həyəcanlandıqda (ildırım vaxtı) öz yükünü yağışla boşaltdığı kimi, insan da öz həyəcanını bir çox hallarda  göz yaşı ilə boşaldır.


Yuxarıda sadaladığım elmlərdə  olan hikmətlərdən  inşaatda da istifadə olunur. Belə ki, 
binalar tikilərkən, ona ildırımötürücülər quraşdırılır. İnsan cəmiyyətində bu funksiyanı kəramət sahibləri və yaxud onların müqəddəs ziyarətgahları yerinə yetirirlər. Təcrübədən məlumdur ki, insanda olan bir çox daxili xəstəliklərin (hansı ki, o xəstəliklər qorxudan, stressdən, həyəcandan, yaxud neqativ təsirdən yaranır)  qarşısını Allahın izni ilə ziyarətgahlar alırlar. Bu mənada onlar cəmiyyətin ildırımötürəni  (bəlaötürəni) funksiyasını yerinə yetirirlər.

"... Şübhəsiz ki, bunda (bu deyilənlərdə) düşünən insanlar üçün neçə-neçə dəlillər vardır!” Quran, 13:3.

Ziyarətgahlardan söz düşmüşkən, son günlər Azərbaycanın şimal bölgəsində olan Allah dostlarının pak qəbirlərinə  (ziyarətgahlara) qarşı törədilən vandalizm hərəktləri, pirlərin yandırılması bütün mömünləri narahat edən məsələdir. Ona görə də yeri gəlmişkən, Nəcuddövlənin hakimiyyəti dövründə baş vermiş bir əhvalatı xatırlatmaqla, bu vandallığa münasibət bildirməyi özümə borc bildim:

 Nəcuruddövlənin hakimiyyəti dövründə Həzrət Peyğəmbərimizin qəbrinin qonşuluğunda yaşayan iki yəhudi evlərinin içərisindən lağım ataraq, Peyğəmbərin pak qəbrini dağıtmaq istəyirdilər. Nəcuruddövlə yuxuda görür ki, Peyğəmbər ona deyir: "Məni bu iki nəfərin əlindən xilas et". Bir neçə gün bu yuxunu təkrar görür, heyrətdən donub qalır və bilir ki, Mədinədə nəsə pis bir hadisə baş verməkdədir. Mədinəyə gəlib, şəhər əhalisinin hamısını cərgəyə düzdürür. Bir-bir hamısının üzünə baxdıqda, yuxuda gördüyü həmin iki nəfəri tanıyır. Göstəriş verir ki, onları tutub, bu məkrli planlarını zərərsizləşdirsinlər və onlara ağır cəza versinlər. 
Sonra göstəriş verir ki, şərif qəbrin ətrafını qazıb, onu əridilmiş filizlə doldursunlar ki, poladdan olan bir divar yaransın və gələcəkdə heç kəs belə işlərə cəsarət etməsin".
Sözardı: həmin iki nəfərin törəmələri indi bütün Şərqi əhatə eləyiblər. Allah həqiqi müsəlmanları zalımların fitnə-fəsadından qorusun! Amin!

"Quran”da bu mövzuda belə buyrulur:
"Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə, haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqədə, zülhiccə və məhərrəm aylarına), qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin! (Onlara qarşı nalayiq işlər görməyi özünüzə halal (rəva) bilməyin!)... Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!" "Süfrə" surəsinin 2-ci ayəsi.

Tədqiqatçı-yazar-Paşa YAQUB

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300