Giriz kəndinin yeganə təhsil ocağının durumu acınacaqlıdır, Mikayıl Cabbarovun təcili tədbir görməsi zərurəti yaranıb 

Azərbaycanda təhsilin durumu göz qabağındadır. JAM.AZ xəbər verir ki, Misir Mərdanovun vaxtında azca da olsa, düzələcəyi ümidi var idisə, Mikayıl Cabbarovun nazir təyinatından sonra bu ümid artıq yoxa çıxıb. 
Ona görə ki, faktiki olaraq ölkədə təhsil sistemi bərbad vəziyyətlə düşməklə yanaşı, həm də yeni nəsil yetişdirmək qabiliyyətini itirməyə başlayıb. 
Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsindən hər il orta məktəb binalarının tikintisinə milyonlarla manat vəsait ayrılır. Qısa müddətdə ölkədə xeyli sayda yeni məktəblər inşa edildi, bəziləri təmir olundu, bəzilərinin də təmir işləri və inşaası davam etdirilir. Lakin görünən odur ki, Mikayıl Cabbarov prosesi nəzarətsiz buraxıb. Eyni zamanda, işin içində ciddi korrupsiya faktlarının olduğu da şübhəsiz görünür. 

JAM.AZ xəbər verir ki, bu fotodakı orta məktəb Qubanın Giriz kəndində yerləşir. Göründüyü kimi, 21-ci əsr Azərbaycanında kənd məktəbinin divarları uçuq-sökük, döşəməsi bərbad halda, tavanı isə yoxdur. Hər il ayrılmış milyonlarla manatın niyə məhz Qubanın Giriz kəndinə qədər gəlib çıxmaması, kifayət qədər şübhəlidir. Görünür, Mikayıl Cabbarova məktəb, təhsil və tədris yox, başqa şeylər maraqlandırır. Hər halda nazirlik bu yayımlanan məlumatdan sonra tədbir görəcək. 

Nəzərinizə çatdıraq ki, vəziyyətin belə şəkil almasında Quba Təhsil Şöbəsinin müdirinin də məsuliyyəti az deyil. Çünki bu məktəblərin hər il təmir olunması adı ilə ayrılmış pulları mənimsəyən şöbə, indi yaxasını tamamilə kənara çəkib. Hətta bu fotoları görəcəkləri təqdirdə təkzib etməyə başlayacaqlar. Ona görə ki, yeyilmiş pulları ört-basdır etmək üçün ən optimal yollardan biri onun ictimailəşməsinin qarşısını almaqdır. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300